Ödənişli avtomagistrallardan istifadə qaydalarına hansı dəyişikliklər edilir? AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 10 dekabr, AZƏRTAC
Ödənişli avtomagistrallardan istifadə qaydalarını pozan şəxslərin məsuliyyətinin hüquqi əsasının yaradılması nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin dekabrın 10-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Avtomobil yolları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, avtomobil yolları istifadəçiləri ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər ödənişli avtomagistrallara daxil olmağa və ya oradan çıxmağa görə, habelə buraxılış məntəqələrinin normal işinə mane olmağa, o cümlədən buraxılış məntəqələrində nəqliyyat vasitələrinin keçidini bağlamağa, gediş üçün maneəni özbaşına götürməyə (şlaqbaumu açmağa) görə məsuliyyət daşıyırlar.
Həmçinin inzibati məsuliyyətə səbəb olan bu halların tətbiqi zamanı hüquqi müəyyənliyin olması üçün qanuna iki yeni anlayış - “ödəniş məntəqəsi” və “buraxılış məntəqəsi” anlayışları daxil edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 10 Dekabr 2024 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















