Icma.az
close
up
RU
Kondoliza Rays: İrana güzəştə getmək olmaz

Kondoliza Rays: İrana güzəştə getmək olmaz

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İran son müharibədən sonra xeyli zəifləyib, buna görə də ABŞ tələsik nüvə razılaşmasına nail olmaq üçün Tehrana güzəştə getməməlidir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin keçmiş dövlət katibi Kondoliza Rays deyib.

O bildirib ki, bu müharibə İranda hakimiyyət dəyişikliyinə səbəb olmasa da, Tehranın hərbi, regional və nüvə potensialını ciddi şəkildə zəiflədib və daha sabit Yaxın Şərqin formalaşmasına yol açıb.

Raysın sözlərinə görə, İran ordusuna, raket ehtiyatlarına və proksi şəbəkəsinə dəyən ziyan Tehranın regiondakı mövqelərini zəiflədib, ABŞ, İsrail və ərəb dövlətləri arasında hərbi əməkdaşlıq isə güclənib.

ABŞ-nin keçmiş dövlət katibi bu müharibənin İranın nüvə proqramını illərlə geri saldığını və Tehranın uzun müddət nüvə silahı əldə etməsini qeyri-mümkün etdiyini yazıb.

Rays xəbərdarlıq edib ki, Vaşinqton potensial danışıqlarda dondurulmuş İran aktivlərini sərbəst buraxmamalı və ya Tehranı sanksiyalardan azad etməməlidir: “Çünki İran həmişə azad edilmiş resurslardan öz hərbi və proksi qüvvələrini bərpa etmək üçün istifadə edib. Buna görə də, razılaşmanın olmaması pis razılaşmanı qəbul etməkdən daha yaxşıdır”.

O əlavə edib ki, ABŞ indi İranı zəif durumda saxlamaq, nüvə silahı əldə etməsinin qarşısını almaq və Yaxın Şərqdə daha sabit nizam yaratmaq üçün nadir ələ düşən fürsətə malikdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2026 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see430

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see315

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see311

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see308

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see305

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see303

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see303

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see298

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see297

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see279

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see266

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see265

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see264

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see263

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see258

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see258

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see256

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see255

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see255

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see253
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri