Konfrans Liqası: “Neftçi“ öndə olduğu matçda “Dinamo“ya uduzub
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
"Neftçi" UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.
Moderator.az xəbər verir ki, "ağ-qaralar" II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasını qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:4.
2-ci dəqiqədə Azərbaycan təmsilçisinin kapitanı Emin Mahmudov hesabı açıb. 8-ci dəqiqədə qonaqlardan Aleksandr Selyava avtoqol müəllifi olub.
Minsk komandasında qolları 36 və 57-ci dəqiqələrdə Karen Vardanyan, 47-ci dəqiqədə Yevgeni Malaşeviç, 77-ci dəqiqədə Gulzigit Alykulov (pen.) vurublar.
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 22 İyul 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















