Konfransın İrəvanda əkssədası: Bakı nə etdiyini bilir Areşev
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın dəqiq müəyyən edilmiş hədəfləri var, onun üzərində siyasət və diplomatiya qurur, qarşısındakı problemləri bir-bir həll edir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev erməni mediasına açıqlamasında Bakıda keçirilən “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına Prezident İlham Əliyevin müraciətini şərh edərkən deyib.
Onun sözlərinə görə, Qarabağla bağlı baş verənləri bir neçə il öncə təsəvvür belə etmək mümkün deyildi:
“Hərbi əməliyyatlar təhlükəsi var idi, lakin regionun belə bir vəziyyətlə üzləşəcəyini proqnozlaşdırmaq çətin idi. Bu cür hadisələr Azərbaycan tərəfinə yalnız yuxuda təsəvvür edilə bilən ən çətin məsələləri qaldırmağa inam verir”.
Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmalı olduğu barədə fikrinə toxunan Areşev qeyd edib ki, rəsmi İrəvanın Qərbi Azərbaycan İcması ilə danışıqlara başlamasına çağırış məsələsi beynəlxalq gündəmə oturdulur:
“Əvvəlcə kiçik bəyanatlarla belə bir mövzu açılır, sonra genişləndirilir və bundan sonra tələblərin qaldırılması anı gəlib çatır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 06 Dekabr 2024 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















