Icma.az
close
up
RU
“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başa çatıb AZƏRTAC

“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başa çatıb AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 14 noyabr, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Qarabağ və Şərqi Zəngəzur regionlarından olan gənclərin iştirakı ilə Ağcabədi Olimpiya İdman Kompleksində keçirilən, Zəfər Gününə həsr olunmuş “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi uğurla yekunlaşıb.

Təşkilatdan AZƏRTAC-a bildirilib ki, düşərgənin keçirilməsində əsas məqsəd Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun parlaq Qələbəsi ilə reallaşan Böyük Qayıdışa, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişə töhfə vermək istəyən gənclər arasında şəbəkələşməni təmin etmək, onların işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, eyni zamanda, gənclərin ideyalarını bir araya gətirərək təşəbbüskarlıqlarını artırmaq, müxtəlif təlim və görüşlər vasitəsilə onların şəxsi inkişafına dəstək olmaq və asudə vaxtlarını səmərəli təşkil etmək olub.

Dörd gün davam edən düşərgədə Qarabağ və Şərqi Zəngəzur regionundan olan 65 gənc “Zəfər”, “Dəmir yumruq”, “8 Noyabr”, “Xarıbülbül” və “Qayıdış” adlı komandaların tərkibində iştirak edib. Düşərgədə gənclər üçün Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, Qarabağda və Şərqi Zəngəzurda dirçəlişlə bağlı müxtəlif ideyaların və layihələrin müzakirəsi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyəti haqqında infosessiyalar, tematik vorkşoplar, intellektual, şəbəkələşmə və komanda inkişafı oyunları, interaktiv təlimlər, eləcə də ekskursiyalar və asudə vaxtda müxtəlif əyləncəli fəaliyyətlər həyata keçirilib.

Düşərgənin son günündə iştirakçılar üçün Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksinə ekskursiya təşkil olunub. Gənclər Qarabağ atlarına baxıb, kompleksin fəaliyyəti haqqında ətraflı məlumatlar əldə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri