Konqo ilə matça qədər zədəsini sağaltdı
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays zədəsini sağaldıb.
QOL.az xəbər verir ki, “BBC”nin məlumatına görə, 27 yaşlı futbolçu DÇ-2026-nın 1/16 finalında Konqo ilə oyunda əsas heyətdə meydana çıxa biləcək.
Qeyd edək ki, Rays Qana ilə matçda aldığı zədə səbəbindən Panamaya qarşı keçirilən son qrup oyununu buraxmışdı. Baş məşqçi Tomas Tuxel onun artıq özünü yaxşı hiss etdiyini və oynamağa tam hazır olduğunu bildirib.
Bununla yanaşı, İngiltərə millisində sağ cinah müdafiəçisi problemi davam edir. Ris Ceymsdən sonra həmin mövqedə oynayan Carell Kuansa da Panama ilə matçda zədələnib. Tuxel futbolçunun topuğunu burxduğunu və hazırda müalicəsinin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, L qrupunun lideri olan İngiltərə 1/16 finalda iyulun 1-də Konqo ilə qarşılaşacaq.
Baxış sayı:117
Bu xəbər 28 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















