Konqoda silahlılar 50 dən çox dinc sakini öldürüb
Aznews.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Konqo İnkişaf Kooperativi (CODECO) qrupunun yaraqlılarının Konqo Demokratik Respublikasının (KDR) şimal-şərqindəki İturi əyalətinin bir neçə kəndinə hücumları nəticəsində azı 52 mülki şəxs həlak olub.
Bu barədə Okapi radiostansiyası məlumat yayıb.
“Bazar ertəsi (11 fevral) gecə CODECO yaraqlılarının Dqudju (İturi) ərazisindəki yaşayış məntəqələrinə hücumu zamanı azı 52 mülki şəxs həlak olub, daha 8 nəfər yaralanıb, onlarla ev yandırılıb”.
Silahlılar mülki şəxslərə atəş açıb, bəziləri pala ilə hücuma keçib. Radiostansiya mənbələrə istinadən xəbər verir ki, onlar həmçinin onlarla evi yandırıblar və bu, bölgədə geniş panikaya səbəb olub.
Mövsüm
Aznews.az

Konqoda naməlum xəstəlik 50 dən çox insanın ölümünə səbəb olub
26 Fevral 2025 13:17
Konqoda qayıq batdı: 50 ölü
10 Aprel 2025 17:06
Pakistanda silahlılar girov götürdükləri qatarda 50 nəfəri öldürüb
12 Mart 2025 18:45
Nigerdə silahlılar 40 dan çox insanı öldürüb
22 Mart 2025 09:50
“Pakistanda qatar qaçıran silahlılar azı 50 girovu öldürüb” “Reuters”
12 Mart 2025 19:31

