Icma.az
close
up
RU
Konqolu iştirakçı: COP29 çərçivəsində keçirilən tədbirlər iqlim müzakirələrini daha da inkişaf etdirməyə töhfələr verir VİDEO AZƏRTAC

Konqolu iştirakçı: COP29 çərçivəsində keçirilən tədbirlər iqlim müzakirələrini daha da inkişaf etdirməyə töhfələr verir VİDEO AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 22 noyabr, AZƏRTAC

COP29 çərçivəsində keçirilən panellər və aparılan müzakirələr iqlim dəyişikliyi ilə mübarizəmizi gücləndirir. Burada dünyanın müxtəlif ölkələrindən olan gənclər təcrübələrini, gördükləri işləri və iqlim dəyişikliyinə qarşı mübarizə üsullarını paylaşırlar.

Bunu COP29-un Konqo Demokratik Respublikasından olan iştirakçısı Guillaume Kayembe AZƏRTAC-a müsahibəsində deyib.

O, keçirilən tədbirlərin cəmiyyətlərdə iqlim müzakirələrini daha da inkişaf etdirməyə töhfə verdiyini deyib. Konqo Demokratik Respublikasının iqlim dəyişikliyindən ən çox əziyyət çəkən ölkələrdən olduğunu vurğulayan G.Kayembe bildirib: “Ölkəmizdə fəsillərin pozulması ən çox kənd təsərrüfatı sektorunu məhv edir. Hazırda 30 milyondan çox vətəndaşımız ərzaq çatışmazlığı problemi ilə üzləşir. İqlim ədalətsizliyi də böyük problemdir. Konqo Demokratik Respublikası elektrikli avtomobillər, smartfonlar və günəş panelləri üçün lazım olan mineralların 70 faizini təmin edir. Amma bu resursları təmin edən ölkə özü çox əziyyət çəkir”.

Ölkəsində uşaq əməyinin istismarının da geniş yayıldığını diqqətə çatdıran qonaq qeyd edib: “18 yaşından, hətta 10 yaşından da kiçik uşaqlar mədənlərdə işləyirlər. Onlar məktəbdə olmaq əvəzinə, ağır iş şəraitində işləməyə məcbur edilirlər. Üstəlik, Konqonun şərqində davam edən münaqişələr milyonlarla uşağın təhsilini yarımçıq qoymasına səbəb olur”.

Konqonun dünyada əhəmiyyətinə görə ikinci böyük yağış meşəsinə sahib olduğunu xatırladan G.Kayembe bu meşələrin də təhlükə altında qaldığını deyib: “Meşələrin ətrafında yaşayan icmaların elektrik enerjisinə çıxışları olmadığı üçün odun kömüründən istifadə edirlər. Bu da meşələrin qırılmasına gətirib çıxarır. Bu proses təkcə Konqo üçün deyil, bütün Mərkəzi Afrika və dünya üçün təhlükə yaradır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Noyabr 2024 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see377

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see262

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see225

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see204

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see198

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see190

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see176

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see166

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see163

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see162

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see161

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see157

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see151

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see151

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see151

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see150

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see148

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see148

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see146

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri