Icma.az
close
up
RU
Konqonun şərqində üsyançılar Kaziba şəhərini ələ keçirib

Konqonun şərqində üsyançılar Kaziba şəhərini ələ keçirib

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Konqo Demokratik Respublikasının (Komqo DR) şərqindəki Şimali Kivu və Cənubi Kivu əyalətlərində bu gün üsyançılarla hökumət qüvvələri arasında şiddətli döyüşlər gedib.

Bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.

Qeyd olunur ki, “23 Mart hərəkatı” (M23) üsyançı qruplaşmasının bölmələri ötən həftə başladıqları hücum çərçivəsində Kaziba (Cənubi Kivu) şəhərini ələ keçirib. Ordu birlikləri və onlara dəstək verən “Wazalendo” hərəkatından olan silahlılar şəhəri tərk etmək məcburiyyətində qalıblar. Kazibanın ələ keçirilməsi M23-ün Cənubi Kivunun cənub-qərbində fəaliyyət göstərən və hazırda hökumət qüvvələri tərəfindən öz mövqelərində blokadaya alınmış müttəfiq “Twirwaneho” üsyançı qrupunun bölmələri ilə əlaqə yaratması üçün imkan yaradır.

Kaziba şəhəri 50 min əhalisi olan eyniadlı rayonun inzibati mərkəzidir. Şəhər üsyançıların nəzarətində olan Cənubi Kivu əyalətinin paytaxtı Bukavudan 50 km cənubda yerləşir.

Şimali Kivu əyalətində də M23 üsyançıları ilə ordu hissələri arasında döyüşlər davam edir. Son sutka ərzində hökumət qüvvələri Valikale vilayətindəki Kibati şəhəri ərazisində üsyançıları geri çəkə bilib. Masisi vilayətində də şiddətli döyüşlər gedir.

Konqo DR hökuməti qonşu Ruandanı ölkənin şərqində fəaliyyət göstərən üsyançıları dəstəkləməkdə ittiham edir.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:299
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Aprel 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri