Konstitusiya Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinə verdiyi fundamental töhfəsidir
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Konstitusiya hər bir dövlətin "Əsas Qanunu" sayılır. Konstitusiya, cari qanunvericiliyin inkişafı üçün hüquqi əsas rolunu oynayır və bütün qanunvericilik prosesi onun müəyyən etdiyi prinsiplər və qaydalar əsasında həyata keçirilir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir".
Bu fikirləri Newscenter.az-a Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O qeyd edib ki, bu tarixi günlə Heydər Əliyev ölkəmizdə qurduğu hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu prosesinin əsasını qoydu:
"Məhz bu, Ulu Öndərin dövlətçilik siyasətinin ən mühüm nailiyyətlərindəndir və Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri kimi qiymətləndirilir. Konstitusiya Günü Ulu Öndərimizin müstəqil Azərbaycan dövlətçiliyinə verdiyi fundamental töhfəsidir".
Anar Əliyev
Bu mövzuda digər xəbərlər:Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir Deputat
14 İyul 2025 11:34
Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir
08 May 2025 10:06
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komissiyası tərəfindən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası layihəsi hazırlanmışdır
12 Noyabr 2025 10:38
Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
14 Oktyabr 2025 14:47
Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir
06 May 2025 12:49
Baxış sayı:87
Bu xəbər 12 Noyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















