Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” Azərbaycanın milli gücünün artması ilə əlamətdar olacaq YAP Sədrinin müavini

“Konstitusiya və Suverenlik İli” Azərbaycanın milli gücünün artması ilə əlamətdar olacaq YAP Sədrinin müavini

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Dövlət başçısının müstəqil və qətiyyətli siyasəti Azərbaycanın dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli formatda münasibətlərinin inkişafını təmin etməklə yanaşı, beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmlənməsini də şərtləndirir". SİA xəbər verir ki, bu sözləri YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi nailiyyətlər, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər təsisatlarda səmərəli fəaliyyəti və nəhayət, 2024-cü ilin noyabr ayında COP29-a uğurla ev sahibliyi etməsi və bunun nəticəsi olaraq iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair qlobal əhəmiyyətli qərarların qəbulu ölkəmizin beynəlxalq müstəvidə ədalətli və etibarlı tərəfdaş kimi önəmini qabarıq şəkildə bir daha təsdiq etmişdir: "Bunlarla yanaşı, Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı – D8-ə üzv olması, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS kimi nüfuzlu platformalarda tərəfdaş ölkə kimi işbirliyini diqqət mərkəzində saxlaması yeni geosiyasi çağırışlar fonunda mühüm əhəmiyyətə malikdir.

Bu gün Azərbaycanın xarici siyasətinin əsas prioriteti Türk dünyasında ikitərəfli və çoxşaxəli əlaqələri inkişaf etdirərək Türk Dövlətləri Təşkilatını daha da gücləndirməkdir. Hazırda ölkəmizin fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, yeni perspektivlər yaradır. Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, bütövlükdə Türk dünyasında inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə yeni dünya nizamı şəraitində Avrasiyada, xüsusilə də Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verərək uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır.

Azərbaycanın möhtəşəm Qələbəsindən sonra - 2021-ci il martın 5-də keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl şəkildə yerinə yetirilməsi yeni mərhələdə Azərbaycanın önəmli uğurlar əldə etməsinə və milli prioritetlərdən irəli gələn hədəflərin reallaşdırılmasına etibarlı zəmin yaradır.

Sıralarında 750 minə yaxın vətəndaşımızı birləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri konstruktiv əməkdaşlıq və dialoqdur. YAP-ın mövqeyinə görə, siyasi dialoq partiyalararası münasibətlərdə qarşılıqlı əməkdaşlıq yaradır, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır.

Öz fəaliyyətində qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərini əsas götürən Yeni Azərbaycan Partiyası siyasi plüralizmi təşviq edir, siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə layiqli töhfələr verir. Partiyanın Proqramında qeyd edildiyi kimi, YAP dövlətin idarə olunmasında demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir. YAP-ın mövqeyinə görə, demokratik siyasi münasibətlər dövlətin mütərəqqi yolla inkişafını şərtləndirən vacib faktordur. Buna görə də partiya demokratik ənənələrə mühüm siyasi dəyər kimi yanaşır və onları möhkəmləndirməyi əsas məqsədlərindən biri hesab edir.

Yeni Azərbaycanın Partiyasının yeni reallıqlardan irəli gələn çağırış və hədəfləri əsası götürərək beynəlxalq əlaqələrini uğurla davam və inkişaf etdirməsi də suveren Azərbaycanın dövlətçilik maraqlarının qorunması üçün böyük önəm kəsb edir. Partiyamızın beynəlxalq əlaqələrində dost ölkələrin aparıcı siyasi partiyaları ilə münasibətlər mühüm yer tutur. Dövlət başçısının uzaqgörən xarici siyasət kursu əsasında partiya diplomatiyasının həyata keçirilməsi - partiyalar arasında intensiv təmasların müvəffəqiyyətlə davam etdirilməsi, səmərəli fikir və təcrübə mübadiləsinin aparılması yeni reallıqların beynəlxalq arenada təbliği və ölkələrarası münasibətlərin möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Qeyd etmək lazımdır ki, partiyamızın sonuncu qurultayından keçən dördillik müddət ərzində bir sıra ölkələrin, o cümlədən Türkiyə, Özbəkistan, Qazaxıstan, Ukrayna, Şimali Kipr Türk Respublikası, Şimali Makedoniya, Çin və Vyetnamın aparıcı siyasi partiyaları ilə ikitərəfli əməkdaşlıq sazişləri imzalanmış, ICAPP, CDI kimi önəmli siyasi platformalarda YAP-ın fəal iştirakı təmin edilmişdir ki, bu da ölkəmizin siyasi nüfuzunun artmasına xidmət etməklə yanaşı, ümumilikdə dövlətlərarası münasibətlərin inkişafına öz töhfəsini verməkdədir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti öz milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü fəaliyyətini inamla davam etdirərək inkişaf yolunda əmin addımlarla irəliləyən Yeni Azərbaycan Partiyası da yeni dövrün reallıqları və çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək əzmindədir.

Azərbaycanın möhtəşəm Zəfər yolunun hərtərəfli tədqiqi və geniş ictimaiyyətə çatdırılmasında müxtəlif kütləvi nəşrlərin, o cümlədən elmi-tədqiqat işləri, əsərlər, monoqrafiya və kitabların da mühüm rolu var.

Milli Məclisin deputatı Samir Vəliyevin müəllifi olduğu “Bəsirətin Zəfəri” adlı kitabda Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərdən bəhs olunmuş, yeni reallıqlar fonunda qarşıda duran hədəflərə nəzər salınmış və tarixi faktlar, mövcud gerçəkliklər əsasında təhlillər aparılmışdır. Bütövlükdə, bu əsər Azərbaycana möhtəşəm nailiyyətlər bəxş edən Heydər Əliyev ideya-siyasi xəttinin və Prezident İlham Əliyevin varislik prinsipinə əsaslanan siyasi kursunun öyrənilməsi və yeni nəslə aşılanması, müasir müstəqil və qalib Azərbaycanın zəngin və şərəfli inkişaf yolunun araşdırılması baxımından dəyərli mənbədir.

Əminliklə söyləyə bilərik ki, “Konstitusiya və Suverenlik İli” Azərbaycanın yeni uğurları və milli gücünün daha da artması ilə əlamətdar olacaqdır. Hər birinizə dövlətimiz və xalqımızın firavan gələcəyi naminə möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə müqəddəs amallara doğru bu şərəfli yolda inam və əzmlə addımlamağı arzulayır, diqqətinizə görə təşəkkürümü bildirirəm".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri