Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində ADDA da seminar keçirilib FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində ADDA da seminar keçirilib FOTOLAR

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) təşkilatçılığı ilə Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) seminar keçirilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Daha sonra çıxış edən ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev Prezident İlham Əliyevin Sərəncamı ilə elan olunan “Konstitusiya və Suverenlik İli” çərçivəsində ASCO-da keçirilən tədbirlərdən danışıb. O, bugünki görüşün də həmin tədbirlərdən biri olduğunu və Milli Məclis sədrinin müavini, tarix elmləri doktoru, professor Musa Qasımlının görüşdə iştirakının gənclərin maariflənməsi baxımından xüsusi önəm daşıdığını bildirib.
ADDA-nın elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov çıxışında vətənpərvərlik ruhunda yetişən, milli dəyərlərə bağlı gənclərin formalaşdırılmasının akademiyanın əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. Prorektor əlavə edib ki, bu istiqamətdə həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir və belə tədbirlərin davamlı təşkili daim diqətdə saxlanılır.
Daha sonra çıxış edən akademik Musa Qasımlı 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.  O xüsusilə qeyd edib ki, Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə milli maraqlara əsaslanan uzaqgörən siyasət yürüdüb. Bu siyasət nəticəsində Azərbaycanın hüquqi və siyasi əsasları möhkəmləndirilib.
Millət vəkili Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsinin bu il 30-cu ildönümünün qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Konstitusiyada dövlətimizin siyasi sistemi, insan hüquq və azadlıqları, iqtisadi münasibətlər, sosial təminatlar kimi mühüm müddəalar əksini tapıb.
O, çıxışında hazırda Ümummilli Liderin siyasi irsini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlərdən də danışıb. Bu il Vətən müharibəsində qazanılmış tarixi qələbəmizin 5-ci ildönümünün qeyd edildiyini deyən millət vəkili, dövlət başçısının Konstitusiyamızda təsbit edilmiş ali niyyətləri reallığa çevirdiyini, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu vurğulayıb.
Millət vəkili həmçinin milli dənizçi kadrlarının formalaşdırılmasının Ulu Öndərin uzaqgörən siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib və qeyd edib ki, bu gün Azərbaycana məxsus gəmilərdə çalışan dənizçilər ölkəmizi beynəlxalq sularda ləyaqətlə təmsil edirlər.
İnteraktiv şəkildə keçən görüşdə tələbələr konstitusiya quruculuğu, dövlət maraqlarının müdafiəsi və hüquqi suverenliyin təmini ilə bağlı qonağa öz suallarını ünvanlayıblar.











Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2025 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri