Icma.az
close
up
RU
“Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər üçün silsilə tədbirlər keçirilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər üçün silsilə tədbirlər keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 aprel, AZƏRTAC

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasəti gənclərimizin hərtərəfli inkişafına mühüm töhfə verir. Bu siyasət çərçivəsində vətənpərvərlik hisslərinin gücləndirilməsi, gənclərin şəxsi inkişafı və karyera quruculuğuna dəstək məqsədilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə Bakı və regionlarda silsilə tədbirlər həyata keçirilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova Mərkəzin 2025-ci ilin yanvar-mart aylarını əhatə edən ilk rübü üzrə fəaliyyəti haqqında məlumat verərkən bildirib.

Qeyd edilib ki, ölkə üzrə 11 regional nümayəndəlik və 44 bölmədən ibarət olan Mərkəz tərəfindən 8 minə yaxın gənc 200-dən çox müxtəlif formatlı proqram, təlim və tədbirlərə cəlb olunub. Prezident tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı tədbirlər planına uyğun olaraq hüquqi maarifləndirmə və vətəndaşlıq dəyərlərinin təbliği istiqamətində 30-dan çox maarifləndirici görüş, seminar və intellektual yarış təşkil edilib. Bu tədbirlər nəticəsində gənclər Azərbaycan Konstitusiyası, hüquqi dövlətin əsas prinsipləri və vətəndaş məsuliyyəti mövzularında əhatəli və praktiki biliklər əldə ediblər.

Vurğulanıb ki, vətənpərvərlik ruhunda yetişən, milli dəyərlərə bağlı gənclər yetişdirmək GİKM-in əsas prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələr gənclərdə dövlətçilik düşüncəsinin formalaşmasına xidmət edir. Gənclər tərəfindən maraqla qarşılanan bu tədbirlər çərçivəsində yüzlərlə layihə uğurla icra olunub.

Rüb ərzində 100-dən artıq gəncə “Karyera kompası” layihəsi çərçivəsində fərdi karyera məsləhətləri təqdim olunub. Gənclərə peşə seçimi, CV və motivasiya məktubu hazırlanması, iş müraciəti ilə bağlı konsultasiyalar verilib. Xüsusilə regionlarda yaşayan gənclər üçün “GPS – Gənclərin Peşə Seçimi” adlı maarifləndirici sessiyalar təşkil olunub.

Gənclərin təhsil aldıqları ixtisaslar barədə məlumatlılığını artırmaq, onların karyera planlamasına dəstək vermək və şəbəkələşməni təşviq etmək məqsədilə “CareerLAB” şəbəkəsi bu il də fəaliyyətini davam etdirib. Üç ay ərzində Bakı və regionlardakı ali təhsil müəssisələrində keçirilən layihələrə 500-dən çox gənc qoşulub.

“Peşəkarla dialoq” layihəsi çərçivəsində müxtəlif sahələrdə çalışan tanınmış şəxslərlə interaktiv görüşlər təşkil olunub. Bu görüşlər gənclərə real iş təcrübəsi, əmək bazarının tələbləri və şəxsi inkişaf yolları barədə birbaşa məlumat əldə etmək imkanı verib.

Eyni zamanda, “İnkişaf və Təcrübə Akademiyası” 2025-ci ilin ilk rübündə fəal şəkildə fəaliyyət göstərib. Bakı üzrə 50-yə yaxın, regionlarda isə 100-dən çox gənc real iş mühitində təcrübə keçərək bacarıqlarını inkişaf etdirmək imkanı qazanıb. Artıq beşinci dəfədir təşkil olunan “Hazır mühasib” adlı ödənişsiz tədris proqramında 100 gənc mühasibatlıq sahəsində praktiki biliklər və bacarıqlar əldə edərək gələcək karyeralarına sağlam təməl qoyurlar.

Gənclərin Karyera İnkişaf Platforması da karyera quruculuğu sahəsində əsas fəaliyyətlərdən biridir. Bu platforma çərçivəsində 6 sessiya keçirilib, 100-dən çox gənc iştirak edib. “Karyera üçün addım at”, “Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” və “Karyerada biz” forumları çərçivəsində ümumilikdə 400-dən çox gənc əhatə olunub. Forumlarda peşəkar spikerlərin iştirakı ilə keçirilən panel müzakirələri iştirakçılara praktiki tövsiyələr və dəyərli məlumatlar təqdim edib.

GİKM tərəfindən həyata keçirilən bütün tədbirlər gənclərin nəzəri biliklərlə yanaşı, real təcrübə və motivasiya qazanmalarına şərait yaradıb. Şəxsi inkişaf GİKM-in fəaliyyətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə keçirilən “YouthStart” proqramı çərçivəsində ünsiyyət, təqdimat bacarıqları, vaxtın idarə olunması və komanda işi üzrə təlimlər təşkil olunub. 300-dən çox iştirakçının qatıldığı bu sessiyalar gənclərin özünəinamının və sosial bacarıqlarının inkişafına töhfə verib.

“Rəqəmsal gənclik” layihəsi isə gənclərin müasir texnologiyalarla tanışlığına və rəqəmsal bacarıqlarının artırılmasına yönəlib. GİKM-in təşkil etdiyi təlimlər gənclərin əmək bazarına uyğun biliklər qazanmasına şərait yaradıb.

Mərkəz çərçivəsində könüllü fəaliyyət də geniş vüsət alıb. Gənclər müxtəlif layihə və tədbirlərdə könüllü kimi iştirak edərək həm təcrübə qazanır, həm də faydalı işlərə töhfə vermək imkanı əldə edirlər. GİKM müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq edərək gənclər üçün daha geniş imkanlar yaratmağa davam edir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin əsas məqsədi xüsusilə regionlarda yaşayan gənclərin vətənpərvərlik ruhunda yetişməsi, onların sosiallaşması, könüllülük fəaliyyətlərində aktiv iştirakı, şəxsi inkişafı və karyera quruculuğuna dəstək göstərilməsidir. GİKM bu istiqamətlər üzrə fəaliyyətlərini ilin növbəti aylarında da davam etdirməyi planlaşdırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri