Icma.az
close
up
RU
Konstitusiya və Suverenlik İli çərçivəsində Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Konstitusiya və Suverenlik İli çərçivəsində Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) tərəfindən aztəminatlı və həssas əhali qruplarına yönəlmiş sosial hüquqi aksiyalar davam etdirilir. Mayın 13-də ARVK-nın və Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Zərdab rayonunda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.

Bu barədə AZƏRTAC-a kollegiyanın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aksiyanın əsas məqsədi regionlarda əhalinin hüquqi maarifləndirilməsi, hüquq məsləhətlərinin əlçatanlığının artırılması və hüquqların müdafiəsinə dair institusional dəstəyin gücləndirilməsi olub.

Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilən aksiya zamanı “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun təcrübəli vəkilləri tərəfindən sakinlərin hüquqi məsələlərlə bağlı müraciətləri dinlənilib, fərdi qaydada qəbul təşkil olunub. Vətəndaşlara ailə hüququ, mülki mübahisələr, əmək münasibətləri, sosial təminatlar və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib.

Vəkillər tərəfindən vətəndaşlara hüquqlarının müdafiəsi yolları, mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar barədə izahatlar verilib, həmçinin onlara zəruri istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.

Pulsuz hüquqi yardım aksiyasında iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə kollegiyanın rəhbərliyinə, eləcə də Zərdab RİH-ə minnətdarlıqlarını ifadə ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see472

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see306

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see279

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see198

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see191

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see146

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see143

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see138

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see133

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see130

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see128

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri