Icma.az
close
up
RU
Konstitusiyamızda insan hüquq və azadlıqları üçün əsas təminatlar mövcuddur

Konstitusiyamızda insan hüquq və azadlıqları üçün əsas təminatlar mövcuddur

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilib, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub”

10 dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür. Bu tarix 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbulundan sonra hər il bütün dünyada qeyd olunur.

Bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. İnsan hüquqlarının qorunması BMT-nin təməl prinsiplərindən biridir və təşkilat təsis olunduğu gündən bu missiyanı davam etdirir.

Beynəlxalq birlik hər il dekabrın 10-da İnsan Hüquqları Gününü qeyd edir. BMT Baş Məclisi 1948-ci ilin həmin günü İnsan Hüquqları haqqında Ümumi Bəyannamə qəbul edib.

İnsan Hüquqları Günü ilk dəfə 1950-ci ildə - BMT Baş Məclisi bütün dövlətlərə və əlaqədar təşkilatlara müraciət edərək, onları hər il dekabrın bu gününü İnsan Hüquqları Günü müəyyən etməyə çağıran 423(V) nömrəli qətnaməni qəbul etdikdən sonra qeyd olunmağa başlanıb.

Bəyannamə siyasi, mülki, sosial, mədəni və iqtisadi hüquqların geniş siyahısını özündə ehtiva etsə də, riayət edilməsi məcburi olmasa da, insan hüquqları sahəsində vahid beynəlxalq standart formalaşdıran 60-dan çox vasitənin tətbiqinə imkan yaradıb.

Bəyannamədə təsbit olunmuş əsas insan hüquqlarının BMT-nin üzvü olan bütün ölkələr tərəfindən tanınması onun təsir gücünün artmasına kömək edir, həyatımızda insan hüquqlarının əhəmiyyətini qabardır.

BMT-nin insan hüquqları sahəsində əsas vəzifəli şəxsi olan insan hüquqları üzrə ali komissar və onun Administrasiyası İnsan Hüquqları Gününü hər il qeyd etmək üçün səylərin əlaqələndirilməsində əhəmiyyətli rol oynayır.

Hüquqşünas Alim Hüseynli qəzetimizə açıqlamasında qeyd edib ki, müasir dövrdə insan hüquq və azadlıqları sahəsində baş verən köklü dəyişikliklər həm milli, həm də beynəlxalq qanunvericilik normaları əsasında tənzimlənir. Hər hansı dövlətin hüquq sistemini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarından, dövlətlərarası müqavilələrdən kənar təsəvvür etmək mümkün deyil. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən bu günə kimi bütün sahələr üzrə böyük inkişaf və tərəqqi yolu keçib. Etiraf edilməlidir ki, bu inkişaf tendensiyası beynəlxalq miqyasda rəğbğtlə qarşılanıb. Ötən müddət ərzində qüdrətli ölkəyə çevrilən, dünyada öz ədalətli mövqeyini müdafiə etməyi bacaran, daha dəqiq hüquqi dövlət quran Azərbaycan hər bir vətəndaşının hüquqlarının qorunmasının təminatçısına çevrilib.

Azərbaycan dövləti insan hüquqlarının qorunması, müdafiə olunması sahəsində müvafiq hüquqi mexanizmlər yaratmaq üçün tədbirlər görür. Konstitusiyamızda da irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən və sair hallardan asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulub. Hüquqa və ədalətə söykənən, vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının inkişafına tam zəmanət verən qanunvericilik bazasının əsası qoyulmuş və onun təkmilləşdirilməsi davam etdirilir. Ölkəmizdə demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılıb. Azərbaycanda çoxpartiyalılıq əsasında demokratik yolla parlament seçilib, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olub. Ölkədə həyata keçirilən köklü iqtisadi, sosial və hüquqi islahatların təməlində insana qayğı və insan ləyaqətinə hörmət dayanır: "Şəxsi, vətəndaş hüquqları hansı dövlətə mənsub olmasından asılı olmayaraq, insanın təbii hüquqlarıdır. Bu hüquqların əhəmiyyəti ondadır ki, insan azadlıqlarını, insanın şəxsi həyatında özünütəyinetmə və özünüreallaşdırma seçimini gerçəkləşdirir. Hüquqi dövlət və şəxsiyyət arasında qarşılıqlı məsuliyyət prinsipi hökm sürür: “Ölkəmizdə insan hüquq və azadlıqlarının yüksək səviyyədə təminatına yönəlmiş kompleks tədbirlərin davam etdirilməsi bu sahədə uğurlu nəticələrin əldə olunmasına imkan yaradır. Demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli sosial və iqtisadi siyasət sayəsində hər bir vətəndaşın layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə əsaslanaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq Azərbaycan Konstitusiyasının təsbit etdiyi ali məqsədlərdir. Azərbaycan Konstitusiyasının maddələrinin üçdəiki hissəsinin insan hüquq və azadlıqları ilə bağlı olması onun beynəlxalq səviyyədə mükəmməl ali qanun kimi qəbulunu şərtləndirib.

Dövlətin və ya təşkilatın hüquqi əsasını və idarə olunma qaydalarını müəyyən edən fundamental prinsiplər toplusu olan ilk milli Konstitusiyamızda vətəndaşların hüquq və azadlıqları ayrıca fəsildə əksini tapıb. Ali hüquqi qüvvəyə malik olan Konstitusiya dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərin əsaslarını təsbit edir”.

O, qeyd edib ki, Konstitusiya insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edən, "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli hüquqların geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir. Xatırladaq ki, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları üçün əsas təminatlar mövcuddur. Konkret olaraq hüquqların bərabərliyi, irqi, etnik, dini, dil, cins və digər əsaslara görə ayrı-seçkiliyin qadağan olunması ali qanunda özünü ifadə edir. İnsan haqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır. Onlar dövlət tərəfindən müdafiə olunur.

Paralel olaraq İnsan hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox qanunlar, o cümlədən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunu, Seçki Məcəlləsi, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Məlumat azadlığı haqqında”, “Gender bərabərliyinin təminatları haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Bu aktların mövcud beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Azərbaycanın hakimiyyət orqanları beynəlxalq təşkilatlar, xüsusən Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və digər nüfuzlu təşkilatlarla sıx əməkdaşlıq etmişdir: “Prezident İlham Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatlar əsasında da məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmini məsələsi dayanır. Ötən müddətdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsində qanunçuluğun artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər görülmüşdür”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Dekabr 2025 23:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see202

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see170

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see168

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see152

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri