Icma.az
close
up
RU
Konstruksiya dəyişikliyi edilmiş maşını cərimə meydançasına yox, servisə aparmaq lazımdır VİDEO VİDEO

Konstruksiya dəyişikliyi edilmiş maşını cərimə meydançasına yox, servisə aparmaq lazımdır VİDEO VİDEO

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yol polisi əməkdaşı avtomobili saxladıqda bəzi hallarda müxtəlif qayda pozuntularına görə nəqliyyat vasitəsi cərimə meydançasına aparılır. Səbəb isə bəzən cəmi bir LED lampa, kəsilmiş və digər üsullarla müdaxilə edilmiş asqı sistemi və ya qeyri-standart siqnal olur. Yəni, hansısa konstruksiya dəyişikliyi və əlavə avadanlığın quraşdırılmasına görə maşın duracağa aparılır.


Avtosfer.az xəbər verir ki, sürücülərin bir çoxu üçün bu, ani qərarla başlayan və bəzən günlərlə davam edən bir prosesin başlanğıcı deməkdir. Avtomobil cərimə meydançasına aparılır, çıxarılması üçün isə sürücü əlavə xərc, vaxt və əsəb sərf etməli olur.


Təhlükəsizliyə və qanunlara uyğunluq əlbəttə ki, vacibdir. Amma texniki tələblərlə bağlı yaranan uyğunsuzluqların avtomobilin dərhal duracağa aparılması ilə deyil, daha səmərəli üsullarla aradan qaldırılması mümkündürmü? Bu məsələ ətrafında sürücülər, ustalar və ekspertlərlə danışdıq.
Bu barədə keçirdiyimiz kiçik sorğuda iştirak edən sürücülərin əksəriyyəti avtomobillərindəki sadə texniki dəyişikliklərin bu qədər ciddi nəticəyə səbəb olmasından narazıdırlar.


Mövzu ilə bağlı avtomobil ustası Cavidan Muradov Avtosfer.az-a bildirib ki, bu hallar üzrə tez-tez çağırış alır. Onun sözlərinə görə, görülən işin qiyməti vəziyyətdən asılı olaraq dəyişir:

“Bəli, cərimə meydançasına tez-tez çağırılırıq. Qiymət görünən işin çətinliyinə görə dəyişir. Servisdə bu daha münasib olur, amma duracaqda şərait məhduddur. Ən çox müraciətlər LED lampalar, siqnal dəyişiklikləri və ya digər aksesuarlarla bağlı olur”.

 Tanınmış usta Sahil Ağabəyli isə bu mövzu ilə bağlı sosial şəbəkədə paylaşım etdikdən sonra cərimə meydançasına çağırıldığını bildirir: “Avtomobili duracağa gətirərək “prujin” (asqı sistemi) hissəsinin yerində sökülməsini tələb edirdilər. Bu hissənin sökülməsi üçün ən azı iki ustaya və uyğun avadanlığa ehtiyac var. Cərimə meydançasında isə bu şərait yoxdur. Sürücü özü sökməyə çalışsa, risklidir və nəticədə məni çağırmaq məcburiyyətində qaldı".

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bu cür halların daha funksional şəkildə həll olunmasının mümkün olduğunu deyir:

“Hesab edirəm ki, bu məsələdə qaydalara bir daha baxmaq, daha uyğun variant tapmaq lazımdır. Sürücü qayda pozub, onu bildik. Amma elə konstruksiya dəyişiklikləri var ki, bunu cərimə meydançasında aradan qaldırmaq çox qəliz məsələdir. Cərimə meydançasında servis yox, usta yox. Sürücü necə aradan qaldırsın? Cərimə meydançasına usta çağıranda da qiymət 2-3 qat baha olur. Təklif edirəm ki, avtomobildə konstruksiya dəyişikliyi aşkarlanıbsa YPX əməkdaşı protokol tərtib etməli, lakin nəqliyyat vasitəsini birbaşa duracağa aparmaq əvəzinə sürücünü uyğun servis məntəqəsinə yönləndirməlidir. Servisdə problem aradan qaldırıldıqdan sonra bu barədə polisə yazılı sənəd təqdim oluna bilər ki, problem aradan qaldırıldı. Bu zaman polis maşına vizual baxış da keçirə bilər. Bu üsul həm sürücü üçün daha rahatdır, həm də texniki baxımdan təhlükəsizdir”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli məsələ ilə bağlı redaksiyamıza müsahibəsində bildirib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsində normativ tələblər pozularaq avadanlıq quraşdırılması və ya dəyişdirilməsi qadağandır:

“Belə hal aşkarlandığı halda nəqliyyat vasitəsi İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə əsasən mühafizə olunan duracağa yerləşdirilir. Səbəb aradan qaldırıldıqdan və ödəniş edildikdən sonra avtomobil sahibinə qaytarılır”.

Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə, bu istiqamətdə daha çevik yanaşmanın həll yolları mümkündür:

“Əgər avtomobilin konstruksiyasında hər hansı dəyişiklik edilibsə, bu, mütləq şəkildə Dövlət Yol Polisi tərəfindən qeydiyyata alınmalı və texniki pasportda göstərilməlidir. Əgər bu, qeydə alınmayıbsa, bu zaman cərimə qaçılmazdır. Amma əgər bu dəyişiklik yerində aradan qaldırıla bilərsə, yol polisi inspektorunun iştirakı ilə bərpa oluna bilər və avtomobil sərbəst buraxıla bilər. Hazırkı praktika – avtomobili dərhal duracağa aparmaq – sürücülər üçün əlavə problem yaradır. Servis məntəqəsinə yönləndirmə daha praktik, təhlükəsiz və sürücü üçün az əziyyətlidir. Bu yanaşma qanunvericilikdə də nəzərdə tutulmalı və tətbiq edilməlidir”.
Araşdırmalar göstərir ki, hazırkı qayda sürücüləri həm maddi, həm də fiziki baxımdan çətin vəziyyətdə qoyur. Halbuki, bu kimi halların servis məntəqəsində, müvafiq nəzarətlə və sənədləşmə ilə həll olunması həm hüquqi, həm də vətəndaşın rahatlığı baxımından daha uyğun ola bilər.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Fidan Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 May 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri