“Könül Həmzəyevadan 3 milyon pul alıblar” Tanınmış aparıcı
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Teleaparıcı və jurnalist Ramal İsayev sosial şəbəkə hesabında son günlər dələduzluq iddialarında adı hallanan Könül Həmzəyeva ilə bağlı açıqlama verib.
Bakupost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında bildirib.
R.İsayevin sözlərinə görə, Könül Həmzəyeva ilə əvvəlki söhbəti zamanı iş qadını bir şəxs tərəfindən aldadıldığını, nəticədə 3 milyon manat məbləğində vəsait itirdiyini deyib.
Aparıcı Həmzəyevanın həmin şəxs barədə Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) müraciət etdiyini də qeyd edib.
“Allah heç kimə pis gün göstərməsin. Kiminsə pis gününə sevinmək olmaz”.
Qeyd edək ki, Könül Həmzəyeva barəsində məhkəmənin qərarı ilə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, 1 ay əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.
Yasəmən,BakuPost

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 16 Mart 2026 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















