Icma.az
close
up
RU
“Könül istərdi ki, daha bir neçə futbolçu alaq” nəticə maksimumdu, problem ciddi!

“Könül istərdi ki, daha bir neçə futbolçu alaq” nəticə maksimumdu, problem ciddi!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Misli premyer-liqasının futbol ictimaiyyətini yaxşı mənada təəccübləndirən komandası “Səbail”di. Gənc mütəxəssis Cavid Hüseynovun çalışdırdığı komanda mövsümün ikinci yarısında keçirdiyi ilk iki oyunda qələbə qazanmaqla azarkeşlərini sevindirib. “Dənizçilər” bununla həm sonuncu sıradan xilas oldu, həm də birbaşa rəqiblərindən olan “Kəpəz”in gözünün odunu aldı.

Bəs, mövcud vəziyyəti necə şərh etmək olar? Komandanın premyer-liqada qalacağına inam varmı? Bayıl təmsilçisinin daha bir neçə transfer etməsi mümkündümü?
“Football-plus.az”ın suallarını “Səbail”in icraçı direktoru Firuz Abdulla cavabladı:

“Bəli, aşağı pillələrdə qərarlaşan komandalar arasında amansız mübarizə gedir. Biz də sonuncu pillənin ətrafında var-gəl edirik. Çempionatımızda belə gərginliyin olması sevindirici haldı. Həm avrokuboklara yollanmağa çalışanlar, həm də premyer-liqada qalmaq istəyənlər özünü yaxşı tərəfdən göstərməyə çalışır. “Səbail”ə gəlincə, qışdan sonra keçirdiyimiz ilk iki oyunda maksimum nəticə əldə etdik. 6 xal qazanmaq bizim üçün çox müsbət haldı. Ona görə ki, həm də psixoloji cəhətdən daha hazırlıqlı oluruq. Təbii ki, premyer-liqada qalacağımıza inanırıq. Əks halda, meydana çıxmaq, mübarizə aparmaq mənasız olardı. Ümid edirik ki, mövsümün sonunda premyer-liqanı tərk edən komanda biz olmayacağıq. Heyətə gəlincə, futbolçularımıza inanırıq. Könül istərdi ki, daha bir neçə futbolçu alaq. Lakin büdcəmiz yalnız indiki heyət üçün yetərlidi. Hər halda, azı bir oyunçu almaq istəyirik ki, boşluqları müəyyən qədər doldura bilək”.


Xatırladaq ki, “Səbail” 15 xalla 10-cu sıradadı.
KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Fevral 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see577

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see531

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see442

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see393

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see300

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see275

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see262

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see242

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see239

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see236

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see234

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see219

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see211

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see210

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see209

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see209

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see203

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see202

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri