Icma.az
close
up
RU
Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”

Mircavadov: “Könül istərdi ki, “Neftçi”də çempionluq uğrunda mübarizəyə qoşulsun”

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Transfer pəncərəsi” açılan kimi əsas mübarizənin “Qarabağ”la “Sabah” arasında gedəcəyi bəlli oldu. Bunun da səbəbi aydındı. Ağdamlılar çempionluq titulunu qaytarmaq ümidi ilə səviyyəli transferlər etməyə çalışır. “Sabah” da heyətini gücləndirir. Sadəcə, bir qədər fərqli şəkildə. Valdas Dambrauskas əsasən nöqtəvi transferlər edir, yəni güclənməyə ehtiyac duyduğu konkret mövqelərə futbolçu alınmasını istəyir. Hə, bir də “Neftçi” var. Gələn il 90 yaşını qeyd edəcək paytaxt klubunun əsas hədəfi həm ölkədaxili titullardan birini qazanmaq, həm də avrokuboklarda bacardıqca irəliləməkdi. Bu bizim fikrimiz idi.

Maraqlıdı, təcrübəli mütəxəssis Ağasəlim Mircavadov necə düşünür? Hansı komandalar hazırlıq prosesindən daha yaxşı yararlana, gələn mövsüm uğurlu çıxış edə biləcək? “Sabah”la “Qarabağ”ın çempionluq uğrunda mübarizəsinə “Neftçi” də müdaxilə edəcəkmi? Daha hansı komandanın belə böyük iddiasından danışmaq olar?
Ağasəlim Mircavadov:

“Hansısa klubun yeni oyunçular alması çempion olacağı mənasını vermir. Komandalar transferə görə çempionluq mübarizəsində olmurlar. “Qarabağ” sistem komandasıdı. Yeni transferlər də sistemə uyğun alınıb. Bunu biz yoxlama görüşündə də gördük. Savo het-trik etdi. Gələn mövsüm rəqabətə tam hazır olacağını düşünürəm. Könül istərdi ki, “Neftçi”də bu mübarizəyə qoşulsun. Yeni transferlər ediblər. Sadəcə sistemə ehtiyac var. Ümid edirəm ki, Vernidub bu problemi də ortadan qaldıracaq. “Sabah” da yaxşı transferlər edib. Klubun maliyyə durumu da yaxşıdı. Sabitliyi qorusalar, bu il də çempion adına sahib ola bilərlər. “Zirə” və “Turan Tovuz” da bu mübarizəyə qoşulmalıdı. Bildiyiniz kimi, “Zirə” “Turan Tovuz”la bağlı məlum məsələyə görə Konfrans Liqasında iştirak edəcək. Qrupa düşsə, çox şey əldə edə bilər. Komanda bir neçə əsas heyət oyunçusu ilə də vidalaşıb. Dediyim kimi, qrupa düşsə, çox şey bacara bilər. “Turan Tovuz”a xarakter lazımdı. Həm məşqçi, həm də futbolçular inamlı olmalıdılar, növbəti mövsümə hazırlşamalıdılar”.


Xatırladaq ki, növbəti mövsüm avqustun 14-də start götürəcək.
İSRAYIL XEYRULLAYEV
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri