Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”

Könül Nurullayeva: “İdmanın gücü və universallığı əvəzedilməzdir”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

Müsahibimiz Milli Məclisin deputatı, Parlamentin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayevadır.
5 mart ölkəmizdə Bədən tərbiyəsi və İdman günüdür. Bu günün əhəmiyyəti barədə nə deyə bilərsiniz?
Öncə onu qeyd edim ki, Bədən tərbiyəsi və İdman günü idmanın və fiziki fəaliyyətin insanların həyatında oynadığı mühüm rolu vurğulamaq imkanı verir. Məlumdur ki, Cənab Prezident 2005-ci il “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Bu tarix də təsadüfi seçilməyib. Belə ki, 5 mart Azərbaycan idmanı üçün xüsusilə əlamətdar gündür. 1995-ci ilin həmin günü Ulu öndər Heydər Əliyev dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, İdman Fondunu təsis etmiş, bədən tərbiyəsi və idmanın inkişafının yeni istiqamətlərinin təməlini qoymuşdur. Azərbaycanda 1998-ci ildə “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Eyni zamanda 2012-ci il ölkəmizdə “İdman ili” elan edildi. Azərbaycan bu illər ərzində nüfuzlu idman ölkəsinə çevrilib.
Təsadüfi deyil ki, ölkədə uğurla reallaşan gənclər siyasəti idman sahəsindəki uğurların davamlı olmasını təmin edir. Prezident İlham Əliyevin də söylədiyi kimi, idmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. “Xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman qədər hərbi və fiziki hazırlıq da vacibdir”.
Ali baş komandan Azərbaycan gəncini vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən saf, öz xalqına, dövlətinə bağlı, heç bir kənar təsirə boyun əyməyən və ləyaqətli görmək istəyir. Cənab Prezident eyni zamanda idman mütəxəssislərinə işğaldan azad olunmuş ərazilərə səfər etməyi, gənc idman istedadlarının seleksiyasını aparmağı tövsiyə edib. Hesab edirəm ki, bu çağırış Qarabağ və Şərqi Zəngəzurda da idmanın inkişafına təkan olacaq, həmçinin bu ərazilərə qayıdan xüsusilə gənc soydaşlarımızın idmana marağını daha da artıracaq.
Aydındır ki, idman sosial əlaqələri gücləndirmək və davamlı inkişafı, həmçinin həmrəyliyi təşviq etmək üçün güclü vasitədir. Həqiqətən də dünyada idmanın gücü və universallığı əvəzedilməzdir.
Azərbaycanda həyata keçirilən idman siyasətinin üstünlükləri nələrdir?
-​Azərbaycan həqiqətən də son illər ən nüfuzlu idman ölkələrindən birinə çevrilib. Ölkəmiz bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarına ev sahibliyi edir. Cənab Prezidentin rəhbərlik etdiyi uğurlu idman siyasəti, olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Qeyd edim ki, vaxtilə Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəhbəri kimi Azərbaycan nümayəndə heyəti ilə xarici ölkələrə səfərlərimiz, eyni zamanda Bakıda keçirdiyimiz görüşlər zamanı beynəlxalq idman təşkilatlarının rəhbərləri yarışlarda nümunəvi təşkilatçılığa görə respublikamıza heyranlıqlarını bildirir, razılıqlarını ifadə edirdilər. 2015-ci ildə ilk Avropa Oyunlarının ev sahibliyinin Azərbaycana həvalə edilməsi çox böyük tarixi hadisə idi. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsi hazırlıq işlərini ən mükəmməl səviyyədə həyata keçirdi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına mükəmməl ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu. Mükəmməl və çoxnövlü idman infrastrukturu ilk Avropa Oyunlarında olduğu kimi IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı qazandırdı. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. Bu etimadı doğrultmaq üçün mən də birinci xanım Mehriban Əliyevanın müdrik rəhbərliyi altında uzun müddət beynəlxalq layihələrdə çalışmışam. Avropa Oyunları və İslam Həmrəylik Oyunları kimi bir sıra mötəbər beynəlxalq idman tədbirlərinin reallaşmasında vəzifə öhdəliklərimi yerinə yetirmişəm. “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin katibi, İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin, eləcə də Koordinasiya Şurasının üzvü, Əməliyyat Komitəsində MOK-lararası Əlaqələr İdarəsinin rəhbəri kimi Oyunlar zamanı ölkəmizin gücü ilə qürur hissi keçirmişəm. Cənab Prezidentin xüsusi diqqəti, birinci xanımın bilavasitə rəhbərliyi ilə həyata keçirilən hazırlıq işlərinin nəticəsi olaraq IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın növbəti uğuru kimi tarixə həkk olundu. “Bakı-2015”-də qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi IV İslam Həmrəyliyi Oyunlarında da mükəmməl şəkildə təmin olundu. Ən əsası, bir daha sübut olundu ki, iradə və qətiyyət olan yerdə hər şey mümkündür. Eyni zamanda tamaşaçı auditoriyası bütün qitələri əhatə edən "Formula-1"yarışlarına da ölkəmiz uğurla ev sahibliyi edir.
İdman sahəsində əldə edilən uğurların davamlı olması indi əsas priortetdir və dövlət bundan sonra da bütün lazımi addımları atacaq. Federasiyalar, klublar və idman qurumları vahid strategiya əsasında fəaliyyətlərini davam etdirəcəklər. Ənənəvi idman növləri ilə yanaşı, yeni sahələrdə də inkişafın təmin edilməsi planlaşdırılır. Bu barədə cənab Prezident ilin idman yekunlarına həsr olunmuş görüşdə də bildirdi.
Yeri gəlmişkən, dövlət başçısının idman ictimaiyyətilə ənənəvi görüşünün bədən tərbiyəsi və idmanın inkişafına təsirləri barədə nə deyə bilrəsiniz?
-​Əlbəttə. İlin idman yekunları çərçivəsində Prezident İlham Əliyevlə görüş, təltif və mükafatlandırmalar idmançılarımız üçün böyük stimuldur. Belə ki, Prezident İlham Əliyevin də söylədiyi kimi, dövlət dəstəyi idmanın inkişafı ilə vəhdət təşkil edir. 27 ildir davam edən bu proses ölkəmizdə uğurlu nəticələr verməkdədir.
Bu arada, ötən il də idmanda uğurlarla yadda qaldı. 2025-ci ildən gözləntiləriniz nədir?
-​Bəli. 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu oldu. 1700-ə yaxın medal qazanan idmançılarımız beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil ediblər. Təbii ki, ilin ən böyük yarışı - Yay Olimpiya Oyunlarında komanda hesabında Azərbaycanın 30-cu yerdə qərarlaşması əsas uğurlarımızdan biridir. Bu il - Azərbaycanın növbəti böyük idman yarışı - MDB Oyunlarına ev sahibliyi etməsi də idman ölkəsi kimi əldə etdiyimiz etimadın nəticəsidir. Gəncə şəhəri də MDB Oyunlarının mərkəzi kimi bu tədbirlərə xüsusi hazırlaşır. 40 min kv. km ərazisi olan Gəncə İdman Sarayı bütövlükdə Qafqazda nadir idman kompleksi hesab olunur. Burada beynəlxalq standartlara uyğun basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Eyni zamanda İdman Sarayındakı üzgüçülük hovuzu da Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Burada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var. Ümumiyyətlə, belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. III MDB oyunlarına ev sahibliyi ərəfəsində bu unikal idman kompleksinin qurulması olduqca vacibdir.
Ötən il dövlət başçımızın səfəri zamanı Gəncədə yeni stadionun da təməli qoyuldu. 10 hektara yaxın əraziyə malik stadionun istifadəyə verilməsi həm yerli, həm də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Tarixi Azərbaycan şəhəri olan Gəncənin artıq idman şəhəri kimi də nüfuzu artacaq. Bütövlükdə isə Gəncənin timasalında Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizin idman təcrübəsini təqdim etmək üçün fürsət yaranmış olacaq.
Təbii ki, bütün uğurların təməlində ölkədə uğurla həyata keçirilən idman siyasəti dayanır. Bu siyasət nəticəsində bu gün həm idmançılarımız bizi qələbələrlə sevindirirlər, həm də Azərbaycanda müasir standartlara uyğun idman infrastrukturu yaradılır. Hazırda bölgələrdə 44 Olimpiya İdman Kompleksi qurulub. Eyni zamanda azad olunmuş ərazilərdə də yeni idman infrastrukturu yaradılır. Dövlət başçımızın da söylədiyi kimi, xüsusilə azad olunmuş ərazilərdə yaradılan idman obyektlərinin həm rəmzi mənası, həm də funksional tərəfi var. Ağdamın İmarəti, Xankəndi stadionu, Füzulinin Olimpiya İdman Kompleksi, Suqovuşan və Köndələnçayda avarçəkmə yarışlarının keçirilməsi, eyni zamanda Şuşada bir neçə idman yarışının təşkili ölkənin dörd bir yanında idmanın inkişafının göstəricisidir.
Üstəlik, nəzərə alsaq ki, artıq son 5 ildir, biz qalib dövlətin, qalib xalqın nümayəndələri kimi çıxış edirik. Bunun artırdığı məsuliyyət də var yəqin...
-​Bəli, son 5 ildə idmançılarımız beynəlxalq arenalarda qalib ölkənin, ərazi bütövlüyü və suverenliyini bərpa etmiş dövlətin nümayəndələri kimi çıxış edir. Bu, bizim məsuliyyətimizi daha da artırır. Beləliklə, döyüş meydanında əldə olunan Zəfərə idman qələbələrinin də əlavə olunması Azərbaycanın mövqeyini daha da möhkəmləndirir. Dövlət başçımızın da söylədiyi kimi, idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir. Bu mənada Azərbaycan öz gücünə əsaslanan, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, ləyaqətlə, vicdanla irəliyə gedən ölkə kimi nümunə sərgiləyir.
Könül xanım, iş qrafikiniz çox gərgindir. Siz özünüz idmana vaxt ayıra bilirsinizmi? Ümumiyyətlə, siz özünüzü idman həvəskarı hesab edirsiniz?
-​Bəli, bacardıqca daha çox fiziki fəaliyyətlə məşğul oluram. 8 ilə yaxın üzgüçülüyə getmişəm. Əsl peşəkar kimi üzməyi bacarıram. Məqsədim hansısa yarışa qatılmaq olmayıb, sadəcə, üzgüçülüyə marağım olub. Həmçinin, stolüstü tennisə də getmişəm və bu idman növündə yerli turnirlər, universitetlərarası yarışlara qatılmışam. Hətta bütün dəst medallar qazanmışam.
Siz ötən il həmçinin "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçilmisiniz. Azərbaycan nümayəndəsinin bu yüksək posta seçilməsi bizə nə qazandırır?
-​Bəli, ötən il 16-18 dekabr tarixlərində Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (ISSA) 13-cü Baş Assambleyasının iclasında "Ər-Riyad 2025" İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri seçildim. Hesab edirəm ki, İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasına Azərbaycan təmsilçisinin rəhbər seçilməsi ilk növbədə ölkəmizə olan etimadın göstəricisidir. İslam dünyasında böyük nüfuza malik olan Azərbaycan bu gün həm də idman sahəsində öz təcrübəsini bölüşür. Təbii ki, bu, Azərbaycanın İslam həmrəyliyinə töhfəsi, ölkəmizdə uğurla reallaşan idman siyasətinin nəticəsidir.
Könül xanım, sonuncu sual - sizcə, əsl idmançı necə olmalıdır?
-​Öncə onu qeyd edim ki, yüksək performanslı idman həmişə çox güclü stimul olub. Bədən tərbiyəsi ilə məşğul olan insan özünü inkişaf etdirir. Yeri gəlmişkən, bu, təkcə bədənə deyil, həm də ruha aiddir. İdman isə, daha geniş mənada baxsaq, insanın həm fiziki, həm də digər qabiliyyətlərinin müqayisəsidir. Buna görə də futbolla, güləşlə, gimnastika ilə, boksla yanaşı şahmat da idmandır, yəni bir növ intellektlərin döyüşüdür. İdman həm də öz ölkəsinin maraqlarını müdafiə etməyə hazır olan insanlar yetişdirir.
Mənim fikrimcə, əsl idmançı fiziki və mənəvi baxımdan güclü, dəmir iradəli, məsuliyyətli, peşəkar olmalıdır. Sevindirici haldır ki, Azərbaycan idmançıları da bu yüksək keyfiyyətləri özündə birləşdirir.
Bir daha 5 mart - Bədən tərbiyəsi və İdman günü münasibəti ilə bütün idman ictimaiyyətini təbrik edir, möhkəm cansağlığı, yeni-yeni uğurlar, stabil inkişaf, ənənəmizə, qalib ölkənin tarixinə sadiq qalmağı arzulayıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Mart 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see678

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see400

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see268

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see263

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see259

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see253

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see249

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see232

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see231

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see217

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see215

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see212

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see210

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see209

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see188

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see187

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri