Könüllü döyüşənlərlə bağlı yeni qanun hazırlanır
Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya Dövlət Dumasının deputatları könüllü olaraq Müdafiə Nazirliyi ilə müqavilə bağlamış və altı ay xidmət etmiş xüsusi təyinatlı əsgərləri hərbi xidmətdən azad edəcək qanunvericilik dəyişiklikləri üzərində işləyirlər.
“Cebhenfo.az” xəbər verir ki, bu barədə Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov məlumat verib.
“Ukraynada müharibənin başlaması hərbi qanunvericiliyi əhəmiyyətli dərəcədə təkmilləşdirdi, 120-dən çox qanun qəbul edildi. Ancaq hələ də bir sıra problemləri həll etməliyik. Bu, Müdafiə Nazirliyi ilə könüllü müqavilə bağlayan və xüsusi hərbi əməliyyat zamanı ən azı 6 ay döyüşmüş şəxslərin hərbi xidmətə çağırışdan azad edilməsidir", - Kartapolov iclasda çıxışı zamanı vurğulayıb.
"Hesab edirəm ki, biz bunu yaz sessiyasında etməyə çalışacağıq", - o qeyd edib. "Müdafiə Nazirliyi ilə könüllü müqavilə bağlayan, lakin əvvəllər silahlı qüvvələrdə xidmət etməyənlərin və ən azı 6 ay döyüş bölgəsində olmuş şəxslərin, fikrimizcə, xidmətə çağırılmamağa tam hüququ var. Hesab edirik ki, bu, tamamilə ədalətlidir və həmkarlarımızla bu istiqamətdə işi davam etdiririk", - Kartapolov əlavə edib.
Xəzər
“Cebheinfo.az”
Baxış sayı:72
Bu xəbər 18 Fevral 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















