Icma.az
close
up
RU
“Könüllü gənclər”in xoş məramı

“Könüllü gənclər”in xoş məramı

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Hər bir ölkənin gələcəyi onun gəncləridir. Əgər bir ölkənin gələcəkdə necə inkişaf edəcəyini bilmək istəyiriksə, o ölkənin gənclərini müşahidə etmək kifayətdir. Bildiyimiz kimi, dövlətin təməl daşı cəmiyyətdir və cəmiyyətin əsasında da gənclər durur. Buna görə də, ölkə daxilində gənclərin inkişafı və ictimai aktivliyinə xüsusi diqqət yetirilməlidir. 

Respublikamızda gənclərin ölkəmizin ictimai-siyasi, sosial həyatında fəallığını təmin etmək üçün uğurlu addımlar atılır. Uzun illərdir Azərbaycan  dövlətinin uğurla davam etdirdiyi əsas istiqamətlərindən biri də gənclər siyasətidir. 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi, 2005, 2011 və 2017-ci illərdə “Azərbaycan gəncliyi Dövlət Proqram”larının və 2015-ci ildə isə “2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi bu istiqamətdə atılan uğurlu addımlardandır. Həmçinin 1997-ci ildə təsis edilən və bu il 28-ci dəfə qeyd olunan Gənclər Günü Azərbaycanda gənclərə verilən önəmin daha bir göstəricisidir.

Qeyd etmək lazımdır ki, gənclərin könüllülük hərəkatı onların ictimai və sosial aktivliyinin təmin olunmasında əsas rol oynayır. Çünki beynəlxalq aləmdə ölkəmizin gündən-günə artan nüfuzunun nəticəsi olaraq tez-tez Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, idman yarışları, eləcə də qeyri hökumət təşkilatlarının təşəbbüsü ilə keçirilən mərasimlər könüllülük mühitinin daha geniş miqyas almasına təsir göstərir. Təqdirəlayiq haldır ki, belə tədbirlər gənclərin müxtəlif sahələrdə inkişafına böyük töhfə verirlər. Belə ki, qeyd olunan təşkilatların fərqli sahələr üzrə təşkil etdikləri könüllülük proqramları gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsində mühüm rol oynayır. Bu fəaliyyətlər, həmçinin gənclərin sosial məsuliyyət hissini artırmaqla yanaşı, onlarda liderlik, kommunikasiya, idarəetmə, komandada işləmək kimi bacarıqları da yüksəlir. Əlavə olaraq gənclərin yiyələndikləri bu bacarıqlar və qazandıqları təcrübələr gələcək karyeraları üçün mühüm bir sərmayə hesab olunur.

Bütün bu qeyd edilənlər də bir daha göstərir ki, könüllülük heç də bəzilərinin iddia etdiyi kimi səmərəsiz zaman israfı deyil, əksinə, gənclərin formalaşması və gələcəyə hazırlanmasına verdiyi töhfə baxımından olduqca mühüm, faydalı və çoxşaxəli məşğuliyyət sahəsidir. Çünki könüllülük fəaliyyəti məhz gənclərin təmənnasız şəkildə yeni bilik və bacarıqlar öyrənməsi, inkişaf etməsi məqsədini daşıyır. 

Başqa bir mühüm məqam isə odur ki, könüllülük hərəkatının iştirakçıları olan gənclər yalnız öz fərdi inkişafları üçün çalışmır, həm də cəmiyyətin ortaq maraqları və təqəqqisi üçün səylər göstərirlər. Bu missiya gənclərin bugünkü ictimai həyatda aktivliyini təmin edərək onları daha yaxşı gələcək üçün hazırlayır. 

Xədicə Əliyeva, 
Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Aprel 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri