Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib

Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 31 yanvar, AZƏRTAC

Bakıda 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə gerçəkləşib.

İki yüzdən çox Azərbaycan könüllüsünü bir araya gətirən forumun əsas məqsədi İttifaq tərəfindən üzv təşkilatların fəaliyyətinin artırılması, dayanıqlı inkişafının təmin edilməsi, təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirmək olub.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan forumda Milli Məclisinin deputatı Asif Əsgərov, Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və AKTİ-yə üzv təşkilatların rəhbərləri, media nümayəndələri, qonaqlar və könüllülər iştirak ediblər.

Çıxış edənlər Gənclər Gününün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini vurğulayıb, bu günün Azərbaycan gəncliyinə verilən yüksək önəmin göstəricisi olduğunu bildiriblər. Qeyd edilib ki, könüllülük fəaliyyəti gənclərin şəxsi və peşəkar inkişafına töhfə verərək, eyni zamanda, cəmiyyətə xidmətin mühüm bir formasıdır. Forum könüllü təşkilatlarının bir araya gəlməsi və gənclərin ideya mübadiləsi aparması üçün mühüm platformadır.

Forumda könüllülər - “Miqrasiya Könüllüsü” İctimai Birliyinin sədri Şəbnəm İbrahimli və Medianın İnkişafı Agentliyinin İnformasiya texnologiyaları şöbəsinin aparıcı mütəxəssisi Anar Əhmədli öz uğur hekayələrini paylaşaraq, könüllülük fəaliyyətlərinin şəxsi və peşəkar inkişafda necə böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Sonra forumda gənc regional nümayəndələr və bir qrup könüllülü səmərəli fəaliyyətlərinə görə mükafatlandırılıblar. Tədbirin rəsmi hissəsi yekunlaşdıqdan sonra könüllülərin ifasında musiqili bədii proqram dinlənilib.

Forum çərçivəsində “Könüllülük hərəkatında yeni perspektivlər və dayanıqlı inkişaf” adlı panel sessiya təşkil edilib. AKTİ-nin sədri Vüqar Əliyevin moderatorluğu ilə keçirilən paneldə spikerlər – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə iş sektorunun aparıcı məsləhətçisi, AKTİ-nin İdarə heyətinin üzvü Emiliya Bayramova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Regional İnkişaf” İctimai Birliyinin Layihələr və könüllülərlə iş şöbəsinin müdiri Adilə Əliyeva çıxış ediblər. Onlar “Könüllülükdə dayanıqlı inkişaf və beynəlxalq təmsilçilik”, “Regionlarda gənclər üçün karyera imkanları”və “Region könüllülük hərakatında mövcud problemlər və həlli yolları” mövzularında fikirlərini bölüşüblər.

Bildirilib ki, könüllülük fəaliyyətlərinin dayanıqlı inkişafını təmin etmək üçün strategiyalar hazırlanmalı, resurs çatışmazlığı, motivasiya və koordinasiya kimi problemlərin həlli istiqamətində addımlar atılmalıdır. Gənclərin beynəlxalq könüllülük hərəkatlarında aktiv iştirakı ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və daha geniş əməkdaşlıqlara şərait yaradır. Həmçinin könüllülük hərəkatının regional miqyasda da genişləndirilməsi vacibdir. Regionlarda karyera imkanlarının artırılması gənclərin gələcək iş həyatına hazırlığına və şəxsi inkişafına müsbət təsir göstərir. Könüllü fəaliyyətlər gənclərə təcrübə qazandırmaq və onların iş bazarında rəqabət üstünlüyü əldə etmələri üçün əvəzsiz vasitədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri