Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Köpün qarşısını bu formada almaq olar Həkimlə MÜSAHİBƏ

Köpün qarşısını bu formada almaq olar Həkimlə MÜSAHİBƏ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Aktiv həyat tərzi və sağlam qidalanma meteorizmin qarşısını alan təsirli amillərdəndir”

Lent.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova müsahibəsində bildirib.

Müsahibəni təqdim edirik.

- Saniyə xanım, ilk öncə bilmək istərdik ki, köp nədir və necə əmələ gəlir?

- Köp (meteorizm) insanın mədə bağırsaq sistemində artıq miqdarda qazların toplanması nəticəsində yaranan haldır. Səbəblər əksər vaxt karbohidratların düzgün getməyən parçalanması, daha az hallarda isə yağların, zülalların parçalanması və yoğun bağırsağın bakteriyalarının fəailiyyətinin nəticəsi olur.

- Hansı qazlar köpün əmələ gəlməsində iştirak edir?

- Tərkibi yaranma mexanizmindən asılı olaraq nitrogen, oksigen, karbon dioksid, hidrogen, metan və digər ola bilər.

- Normada insanın mədə-bağırsaq sistemində qaz varmı? Varsa, onun norması nədir?

- Normada insanın bağırsağında 200 ml-dək qaz var və gündəlik 14-25 dəfə ümumi 600-700 ml həcmində qazın xaric olması norma variantı kimi sayılır. Daha böyük qaz kütlələri yeməkdən sonra hərəkət etməyə başlayır, amma asta sürətlə yuxu zamanı belə davam edir.

- İnsanlarda meteorizm nə kimi şikayətlərlə özünü büruzə verir?

- Gəyirmə, köp, şişkinlik, qazın çox xaric olması və bəzi hallarda qarın nahiyəsində ağrı, ağızdan pis qoxu gəlmə, iştahsızlıq, erkən doyma, ürəkbulanma, qurultu şəklində səslərin olması və qəbizlik.
Xəstələrdə simptomlar qazın çox əmələ gəlməsi, bağırsağın hərəki funksiyasının dəyişməsi nəticəsində qazın tranzitinin pozulması kimi yollarla əmələ gəlir.

İlk növbədə sorula bilməyən karbohidratlar yoğun bağırsağa çatdıqda bakteriyalar üçün qida rolunu oynayır. Bu proses isə çoxlu miqdarda qaz istehsalı ilə nəticələnir. Nazik bağırsağın normal selikli qişasında ferment çatışmazlığı və selikli qişanın orqanik dəyişikliyi karbohidratların sorulmamasına gətirib çıxarır.

- Ferment çatışmazlıqları nədir?

- Ən çox rast gəlinən ferment çatışmazlığı laktaza çatışmazlığıdır. O, süd məhsulları çox miqdarda qəbul etdikdə ishalla birgə rast gəlsə də, yüngül dərəcədə, əksər hallarda təkcə köplə müşayiət olunur. Digər ferment çatışmazlıqlardan sadə şəkərlərin sorulmasında iştirak edən bir çox fermentləri göstərmək olar. Belə ki, meyvə suları, meyvələr, pəhriz qidalarında dadlandırıcı kimi istifadə olunan sorbitol, şokolad (sukraza-izomaltaza defisiti) həzmində çətinlik törətdiyi üçün köpə gətirib çıxara bilir. Mürəkkəb karbohidratlar və bitki lifləri də qaz ifrazını artıra bilər. Bu siyahıda paxlalı, dənli bitkilər (buğda, yulaf və s), kartof, qarğıdalı, düyü, bir çox tərəvəzləri göstərmək olar.

- SİBO deyilən, yəni nazik bağırsaqda normal bakteriyaların artımıyla müşayiət olunan sindrom nədir?

- Nazik bağırsaq və mədə yoğun bağırsağa nisbətdə steril hesab olunur. Hər hansı obstruktiv xəstəliklər zamanı (Kron xəstəliyi, radiasiya enteriti, törəmələr və digər hallar) və ya durğunluğa səbəb ola biləcək vəziyyətlərdə (məsələn, divertikula zamanı və ya vaqotomiya olunmuş xəstələrdə hipoxlorhidriya zamanı) normada mövcud olan bakteriyaların sayı artır. Əlavə olaraq, bu vəziyyətlərə nümunə olaraq koprofagiya, koloenterik fistula zamanı da yoğun bağırsaq bakteriyalarının nazik bağırsağın mühitini pozmasını göstərmək olar. Bəzi mənbələrə görə, bu vəziyyət uzunmüddətli turşuluq azaldan preparatların qəbulu zamanı da baş verir.

Eyni zamanda, bu sindroma daha yüngül hesab etdiyimiz bağırsağın hərəki funksiyasının pozulması ilə müşayiət olunan funksional xəstəliklər də gətirib çıxara bilər. Bu zaman bağırsağın həzm olunmayan artıq qidalardan təmizlənməsi prosesi ləngidiyinə görə nəticə olaraq yenə də bakteriyaların sayı artır və özünü diskomfort, köp, ürəkbulanma, ağır hallarda ishal, malabsorbsiya və çəki azalması ilə göstərə bilər.

- Həzm sistemində qazın hərəkətinin ləngiməsinə görə köp hissinin əmələ gəlməsi hansı xəstəliklərdə özünü büruzə verir?

- Hərəki funksiyasının pozulması ilə gedən hər hansı bir xəstəlik (qastroparez, fundoplikasiyadan sonrakı və bir çox postoperativ vəziyyət, nazik bağırsağın psevdoobstruksiyası, xroniki qəbizlik) köpə gətirib çıxara bilər. Qastroparez və psevdoobstruksiya bir çox xəstəliklərdə (şəkərli diabet, sklerodermiya, amiloidoz, genetik xəstəliklər, paraneoplastik sindrom və digər endokrinoloji xəstəliklər) müşahidə oluna bilər. Kəskin ileus isə metabolik pozuntular, kardiovaskulyar və sistem xəstəliklər zamanı rast gəlinir.

Köp haqqında danışarkən, qıcıqlanmış bağırsaq sindromunu da unutmamalıyıq. Burada mexanizmlər hələ də öyrənilir və nəzəriyyələr müxtəlifdir. Bağırsaqdakı qazların həm tranziti, həm də hərəkətliliyi dəyişir və xəstədə bəzən normal miqdarda qazla belə artan həssaslıq, ağrı və köp hissi yaranır. Digər səbəblər aerofagiya, endokrinopatiyalar, miokardın aşağı divarının infarktı və bir çox preparatlar bağırsağın hərəki funksiyasına təsir edərək, köp şikayəti yarada bilər.

- Aerofagiya nədir?

- Aerofagiya normadan artıq havanı udmaqla başlayır. Onun yaranmasına saqqız çeynəmək, tütünçəkmə kimi vərdişlər belə səbəb ola bilər. Psixoloji xüsusi durumlar - depressiya, hiperventilyasiya sindromu, yuxu apneası olan adamların yuxu zamanı ağızla havanı çox udması da aeofagiyanın yaranmasına təkan verir. Eyni zamanda, larinqoektomiyadan sonra və digər xroniki ciddi səbəblərdən də qaynaqlana bilər. Özünü köp hissindən əlavə gəyirmə ilə göstərir - döş qəfəsində olan mənfi təzyiq udulan havanı yenidən qida borusuna doğru itələyir, oradan da ağız vasitəsilə hava xaric olur.

- Bu şikayətlərlə olan xəstələrin müalicəsi necə aparılır?

- İlk növbədə hərtərəfli anamnez toplanılır. Bu mərhələdə hər bir amil önəmlidir: nə vaxt başladığı, xəstənin başqa hansı şikayətləri var, onun psixoloji durumu, yuxu və ayıqlıq zamanı simptomların olub-olmaması, hansı dərmanları qəbul etməsi və s. Əsas məsələ orqanik ciddi səbəbləri istisna etməkdir. Xəstənin dəri, oynaqlar və çəkisinə diqqət yetirilir. Eyni zamanda, laborator müayinələr (ümumi qan, sidik, nəcis analizləri, elektrolit, şəkər, albumin, ümumi zülal, koaluqramma, böyrək, qaraciyər sınaqlarına, bəzən də kortizola, seroloji markerlər) aparılır.
Ehtiyac olduqda, diaqnostika üçün rentgen, qastroskopiya, kolonoskopiya, mədə-bağırsaq manometriası və ssintiqrafiya, nəfəs testləri tətbiq oluna bilər.

- Diaqnoz qoyulduqdan sonra müalicə taktikası necə olur?

- Orqanik bir səbəb varsa, mütləq spesifik müalicə aparılır. Bəzən cərrahi müdaxilə belə ola bilər. Digər vəziyyətlərdə fərdi yanaşma tətbiq edilir, yəni sağlam həyat tərzi, düzgün qidalanma və medikamentoz terapiya aparılır.
Reabilitasiya üçün isə sanator-kurort müalicəsi da yaxşı effekt verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:327
embedMənbə:https://lent.az
archiveBu xəbər 30 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see641

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see517

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see466

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see340

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see332

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see317

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see296

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see284

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see273

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see259

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see248

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see240

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see216

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see214

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see213

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see212

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see200

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see198

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see194

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri