Icma.az
close
up
RU
Koreya Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub

Koreya Milli Assambleyasının nümayəndə heyəti Milli Məclisdə olub

Newscenter.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Milli Məclis sədrinin müavini Musa Qasımlı iyulun 14-də ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Man Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Koreya arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bildirilib ki, ölkələrimiz arasında fəal siyasi dialoq, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər, eləcə də müxtəlif sahələr üzrə əməkdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsi dövlətlərarası əlaqələrin daha da genişlənməsi üçün möhkəm zəmin yaradır.
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlardan danışan Musa Qasımlı, iqtisadi inkişafın dinamikasını, ölkədə sabitliyin təmin olunması istiqamətində görülən işləri, eləcə də xarici sərmayədarlar üçün yaradılmış əlverişli investisiya mühitini qeyd edib. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən çoxsaylı Koreya şirkətlərinin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə mühüm töhfə verdiyi məmnunluqla qeyd olunub.
Milli Məclis sədrinin müavini parlamentlərarası əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, hər iki ölkənin qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qruplarının bu əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini bildirib. O, deputatlar arasında qarşılıqlı səfərlərin və təmasların intensivləşdirilməsinin vacibliyini qeyd edərək, beynəlxalq parlament təşkilatları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Koreya Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Li Man Hi Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. O, bu səfərin parlamentlərarası münasibətlərin və ümumilikdə Koreya- Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinə xidmət edəcəyinə inandığını bildirib.
Söhbət zamanı, həmçinin iqtisadiyyat, enerji, nəqliyyat, turizm, elm və təhsil, səhiyyə, mədəni-humanitar sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 İyul 2026 00:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri