Körfəz ölkələrində radiasiya fonunda dəyişikliklər aşkarlanmayıb
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran nüvə obyektlərinə ABŞ-nin zərbələrindən sonra Körfəz dövlətlərində radiasiya fonunda dəyişikliklər qeydə alınmayıb.
“Report” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Nüvə və Radiasiya Nəzarəti İdarəsinin sosial şəbəkədəki bəyanatında deyilir.
“Amerika hərbi qüvvələrinin İranın nüvə obyektlərinə zərbələri nəticəsində Səudiyyə Ərəbistanı və Fars körfəzi dövlətlərinin ətraf mühitinə radioaktiv təsir qeydə alınmayıb”, – tənzimləyici qurum bildirib.
Xatırladaq ki, daha əvvəl Tramp İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə uğurlu zərbələr endirildiyini açıqlamışdı.
Daha sonra Qum ostanının administrasiyası “Fordo nüvə obyektinin ərazisinin” hücuma məruz qaldığını etiraf etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 İyun 2025 08:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















