Icma.az
close
up
RU
Koronavirusa yoluxma yenidən ALOVLANIR Yayda vəziyyət PİŞLƏŞƏCƏK?

Koronavirusa yoluxma yenidən ALOVLANIR Yayda vəziyyət PİŞLƏŞƏCƏK?

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Koronavirus (COVID-19) epidemiyası yenidən alovlanmağa başlayıb. Bu dəfə epidemiyanın ocağı Hindistandır, xəstəlik Hindistanda sürətlə yayılmaqdadır. Bu ölkədə  yoluxmaların sayı bir həftə ərzində 257-dən 1010-a yüksəlib.
Məlumat üçün bildirək ki, Hindistanda COVID-19-un məhz iki yeni alt variantı - NB.1.8.1 və LF.7 aşkarlanıb. Hələlik Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu variantları diqqətlə müşahidə edir. İlkin qənaətlər yeni halların əksəriyyətində simptomların yüngül xarakter daşıdığını göstərir. 
Azərbaycanda karantin rejiminin hələ də bitmədiyini nəzərə alsaq, ölkəmizdə virusun yayılma ehtimalı varmı?
Bu barədə Bizim.Media-ya danışan həkim-infeksionist Lalə Qasımova bildirir ki,  ümumiyyətlə bir çox yoluxucu xəstəliklər mövsümi xarakter daşıyır, ilin fəslindən asılı olaraq dəyişir:
“Adətən COVID-19 da daxil olmaqla, respirator xəstəliklər soyuq aylarda daha aktiv olur. Çünki yay aylarında havanın isti və rütubətli olması virusun yayılmasını çətinləşdirir. Amma bu, koronavirusun artma ehtimalının tamamilə istisna olunması demək deyil. Belə ki, virusun yeni növləri aşkarlanarsa, yenidən özünü büruzə verə bilər”.
Mütəxəssis deyir ki, Azərbaycanda belə bir hal qeydə alınmasa da, gigiyena qaydalarına riayət etməkdə həmişə fayda var:
“İstənilən tip respirator xəstəliklərə qapalı məkanlarda, xüsusən də kondisioner və ventilyator olan otaqlarda yoluxma riski çoxdur. Nəzərə alsaq ki, yayda insanlar tədbirlər, məclislər keçirməyə daha həvəsli olurlar. Açıq havada isti olduğu üçün sərin, qapalı yerlərə üstünlük verirlər. Sosial təmaslar çoxalır, bu da virusun yayılmasına zəmin yaradır”.
Həkim vurğulayır ki, xüsusən həssas qrupdan olan vətəndaşlar, yəni immuniteti zəif insanlar, yaşlılar, uşaqlar, xroniki xəstəliyi olanlar risk qrupunda olduğu üçün özlərini qorumalıdırlar”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 May 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri