Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Körpəmin suya ehtiyacı varmı?

Körpəmin suya ehtiyacı varmı?

Saglamolun saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir?

Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətər yetirə bilər. Körpələrə su, çay, şəkər suyu və şirələr kimi digər mayelərin verilməsi təcrübəsi, həyatın ilk aylarında bütün dünyada geniş yayılmışdır. Bu təcrübə daha çox körpə həyatının ilk aylarında həyata keçirilir. Lima, Peru ətrafında aparılan araşdırmalar göstərir ki, körpələrin 83 faizi həyatın ilk aylarında su və çay alır. Qambiya, Filippin, Misir və Qvatemalanın bir sıra icmalarında aparılan tədqiqatlar göstərdi ki, yenidoğulanların 60 faizi şəkər suyu və ya çay alır.

Körpələrə su əlavə etmək üçün gətirilən səbəblər müxtəlif mədəniyyətlərdə fərqlənir. Ən ümumi səbəblərdən həyat üçün zəruri olduğu, susuzluğun yatırılması üçün, ağrıları azaldır (kolik və ya qulaq ağrısından), soyuqdəymə və qəbzliyin qarşısını alır və qıcıqlanmanı sakitləşdirir kimi səbəblər göstərilmişdi.

Mədəni və dini inanclar da erkən uşaqlıq dövründə su qəbuluna təsir göstərir. Nəsildən-nəslə ötürülən atalar sözləri analara uşaqlara su verməyi məsləhət görür. Su həyat mənbəyi kimi qəbul edilir, mənəvi və fizioloji ehtiyacın ödənilməsi kimi göstərilir. Bəzi mədəniyyətlər yenidoğulana suyun verilməsi aktını bu dünyada uşağı salamlamaq üçün bir yol kimi nəzərdən keçirirlər.

Tibb işçilərinin tövsiyələri də bir çox icma və xəstəxanalarda suyun istifadəsinə təsir göstərir. Məsələn, Qana şəhərlərindən birində aparılan tədqiqat göstərmişdir ki, tibb bacılarınn 93 faizi hesab edir ki, həyatın ilk günündən başlayaraq suyun bütün körpələrə verilməsi lazımdır. Misirdə bir çox tibb bacısı analara doğuşdan sonra şəkər suyu verməyi məsləhət görürlər.

Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə düzgün əmizdirməyə dair 10 məcəlləsinin 6-cı maddəsində “Tibbi göstəriş istisna olmaqla, yeni doğulmuşlara ana südündən başqa heç bir qida və mayenin verilməməsi” qeyd olunur.

Niyə ilk 6 ay ərzində müstəsna olaraq südəmizdirmə tövsiyə olunur?

Beynəlxalq qaydalar, körpələrin sağlam yaşaması, böyüməsi və inkişafı üçün ilk altı ay ərzində yalnız ana südü ilə bəslənməsini məsləhət görür. Ana südü körpəni həyatının ilk altı ayı üçün lazım olan bütün enerji və qida maddələri ilə təmin edir. Müstəsna südəmizdirmə ishal və sətəlcəm xəstəliyi kimi ümumi uşaq xəstəliklərinə yaxalanmış körpələrin ölüm hallarını azaldır, xəstəlik zamanı sağalma prosesini sürətləndirir.

Sent-Luis Uşaq Xəstəxanasının Diaqnostika Mərkəzinin keçmiş direktoru, tibb elmləri doktoru Ceyms P. Kitinqın fikrincə, həddindən artıq su uşağın orqanizmində natriumun normal səviyyəsini durulaşdırır və qıcolmalara, komaya, beyin pozğunluğuna və ölümə gətirib çıxara bilər.

Yenidoğulanlar üçün (xüsusilə 4-5 həftəyə qədər) əlavə suyun verilməsi riskli ola bilər. Əlavə suyun verilməsi bilirubin (sarılıq) səviyyəsinin artması, çəki itkisi və yenidoğulmuşların xəstəxanada uzun müddət qalması ilə əlaqələndirilir.

Həddindən artıq çox su Oral Su intoksikasiyası adlanan ciddi vəziyyətə gətirib çıxara bilər. Su ilə digər mayelər kalori əlavə etmədən körpəni doydururlar, buna görə əlavə suyun verilməsi körpə üçün kilo itkisinə (və ya kifayət qədər çəki yığmamasına) səbəb ola bilər. Əlavə su içən körpələr, ana südü ilə qidalanmaqda daha az maraqlı olurlar. Və bu səbəbdən sonra körpəni sinəyə qaytarmaq çətinlik yarada bilər.

Ana südü ilə əmizdirilən körpələr necə kifayət qədər su ala bilir?

Yalnız ana südü ilə əmizdirildiyi, ana südünün müstəsna və məhdudiyyətsiz (gündüz və gecə zamanı) verildiyi halda hərarətdən, rütubətdən, və körpənin fəaliyyət səviyyəsindən asılı olmayaraq heç bir əlavə mayelərin verilməsinə ehiyac yoxdur. Gəlin daha ətraflı ana südünün tərkibinə nəzər salaq.

Ana südü 88 faiz sudan ibarətdir. Lakin bu, adi su deyil, bioloji aktiv sudur. Ana südü körpə orqanizmi tərəfindən tam mənimsənilir və onun suya olan ehtiyacını tam ödəyir. Yalnız körpənin ana südü ilə əmizdirildiyi halda ana südünün tərkibində olan su miqdarı körpənin su tələblərinə cavab verir və əhəmiyyətli dərəcədə təhlükəsizlik təmin edir. Yeni doğulmuş körpələr bəsləndikləri qatı sarımtıl ilk südün (kolostrum) tərkibində az su olur, körpələr doğulduğu zaman əlavə su ilə anadan olurlar, beləliklə bu halda onlara əlavə suyun verilməsi tələb olunmur. Daha yüksək su tərkibi olan süd, adətən, üçüncü və ya dördüncü günə "gəlir".

Ana südündə həll olunan maddələr az sayda olur.

Suyun əsas funksiyalarından biri sidikdə artıq həll olunan maddələrin çıxarılmasıdır. Həll olunan maddələrə məsələn, natrium, kalium, azot və xlorid kimi maddələr aiddir. Təxminən üç aya qədər böyrəklər tam inkişaf etməmiş olsa da, bədənin sağlam, balanslı kimyasını təmin etmək üçün sidikdə  həll olunan maddələrin konsentrasiyasını nizamlaya bilirlər. Ana südündə  həll olunan maddələrin sayı az olduğundan, körpələr böyük uşaqlar və ya böyüklər kimi suya ehtiyac duymurlar.

Altı aya qədər uşağa su vermək zərərli ola bilərmi?

Altı ayına çatana qədər suyun təklif edilməsi sağlamlıq üçün əhəmiyyətli təhlükə yarada bilər.

- Suyun əlavə edilməsi ana südünün azalma riskini artırır

Ana südünün yüksək və ya ümumən qida dəyəri olmayan maye ilə qarışdırılması uşağın qida statusuna, onun hər hansı bir xəstəlikdən sağalmasına, böyüməsinə və inkişafına mənfi təsir göstərə bilər. Hətta  az miqdarda su və ya digər mayelər uşağın kiçicik mədəsini dolduraraq, tərkibi qidalı maddələrlə zəngin ana südü ilə bəslənməyə mane olur. Araşdırmalar göstərir ki, körpəyə 6-cı ayına qədər suyun verilməsi, ana südünün qəbulunu 11%-ə qədər azalda bilər. Həyatının ilk həftəsində suya qlükoza əlavə edilməsi isə körpənin daha çox çəki itirməsinə və xəstəxanada daha uzun müddət qalması ilə nəticələnir.

- Əlavə suyun verilməsi xəstəliyin yaranma ehtimalını artırır.

Su və suyu vermək üçün müxtəlif vasitələr patogenlərin yayılması üçün bir  yoldur. Xüsusilə pis gigiyena və sanitariya şəraitində körpələrin diareyaya səbəb olan orqanizmlərə yoluxma halları daha da artır. Ana südü uşağa təmiz suyun kifayət qədər və asan əldə edilə bilən ehtiyatını təmin edir. Filippində aparılan tədqiqatlar yalnız ana südü ilə qidalanmanın üstünlüklərini və diareya xəstəliklərinə qarşı qeyri-qidalandırıcı mayelərlə erkən əlavələrin zərərli təsirini təsdiq edir. Körpələrin yaşından asılı olaraq, ana südü ilə yanaşı  əlavə su, çay və dərman preparatları verilən uşaqlarda, yalnız ana südü ilə qidalanan körpələrlə müqaisədə iki-üç dəfə çox ishal halları ilə qarşılaşması müşahidə olunmuşdu.

- Qızmar və quraq şəraitdə müstəsna ana südü ilə əmizdirilən körpələrin əlavə su ilə qidalanmasına ehtiyac yoxdur.

İlin ən isti və quraq mövsümündə, yalnız ana südü ilə qidalanan körpələrin son dərəcə isti və quru iqlim şəraitində əlavə suya ehtiyacı olub-olmadığını müəyyən etmək üçün bir sıra araşdırmalar aparılıb. Belə ki, Hindistanın 4 kəndində bu məqsədlə xüsusi tədqiqatlar aparılmışdır. Səhərin erkən saatları istisna olmaqla, ətraf mühitin temperaturu 35-40 dərəcə, nisbi rütubət 10-35 faiz təşkil etmişdir. Yaşı 6 aydan aşağı 31 körpədən 63 sidik nümunəsi və 6-10 aylıq 13 körpədən 28 nümunə götürülüb.  Onların hamısı ana südündən başqa heç bir şey almırdı. Alınan nəticələr göstərib ki, bu uşaqlarda sidiyin konsentrasiyası aşağı səviyyədədir. Beləliklə, ən isti və quru iqlim şəraitində belə sağlam ana südü ilə qidalanan körpələrə əlavə su tələb olunmur. Buna görə ilk 4-6 ay ərzində eksklüziv ana südü ilə qidalanma, ictimai səhiyyənin məntiqli tövsiyəsidir; çirklənmiş içməli suyun körpələrin xəstəliklərinə, xüsusən ishal xəstəliyinə səbəb ola biləcəyi yerlərdə daha vacibdir.

Xəstəlik zamanı əlavə su istənilə bilər. Diareya xəstəliyi tez-tez çirklənmiş su ilə əlaqələndirilir. Buna görə, əlavə suyun təhlükəsiz olacağı ehtimalı olmayan ərazilərdə ilk 4 ay ərzində yalnız ana südü ilə qidalanma tövsiyə edilməlidir.

Araşdırmalar əsasında əldə etdiyimiz nəticələr:

- Müstəsna ana südü ilə bəslənmənin əhəmiyyəti

“Müstəsna ana südü” yalnız ana südü vermək deməkdir. Bu, ilk altı ay ərzində suyun, mayelərin, çayların, bitki mənşəli preparatların və ya qida məhsullarının olmaması deməkdir. Ağuz südü yenidoğulanlar üçün arzu olunan bir qidadır. Eyni zamanda uşaqları xəstəliklərdən qoruyan ilk immunizasiyadır. Kolostrum yenidoğulanların mədəsini təmizləyir, ilkin mekoniumun çıxmasına səbəb olur, bilirubin səviyyəsini azaldır. Beləliklə, körpələrə adi su və şəkər suyunun verilməsinə ehtiyac qalmır. Ana hər dəfə əmizdirdikdə, ana südü vasitəsilə körpəsinə su da verir. Ana südündə, susuzluğu yatırmaq və aclığı yatırmaq üçün uşağa lazım olan hər şey var. Bu, uşağın güclü və sağlam böyüməsi üçün ən yaxşı yemək və içkidir.

- Körpələrə suyun verilməsi onlarda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Körpələrə su vermək onlar üçün zərərli, ishal və digər xəstəliklərə səbəb ola bilər. Ana südü isə əksinə tam təhlükəsiz şəkildə xəstəliklərə qarşı sipər rolunu oynayaraq, körpənin qorunmasına səbəb olur.

- Körpələrin mədəsinin həcmi kiçik olur. Körpə su içdikdə, güclü və sağlam böyüməsi üçün, zəruri olan ana südünə mədəsində daha az yer qalır.

- Ana öz körpəsinin susadığını düşündükdə, dərhal onu əmizdirə bilər. Ana südü uşağı lazımi miqdarda su ilə təmin edəcək.

- Ana öz körpəsini nə qədər tez-tez əmizdirsə, südü bir o qədər çoxalacaq və körpə daha çox su içmiş olacaq. Bunu xüsusilə yay aylarında tətbiq etmək məqsədəuyğundur.

Gülarə Rüstəmova,

uşaq psixoloqu, əmizdirmə məsləhətçisi

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 05:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri