Icma.az
close
up
RU
“Körpücük” hərəkətini hər gün etmək üçün 5 səbəb

“Körpücük” hərəkətini hər gün etmək üçün 5 səbəb

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Möhkəm və elastik ombaya sahib olmağın çox böyük üstünlükləri vardır.

Belə ombalarda bikini və cins şalvarlar çox gözəl görünür, həmçinin güclü ombalar idman həyatında da önəmli rol oynayaraq bir çox zədələnmələrin qarşısını alır. Omba əzələlərini bərkitməyin ən yaxşı və etibarlı üsullarından biri isə “körpücük” adlanan idman hərəkətdir.

Bu hərəkəti gündəlik idman məşqlərinizə əlavə etməyin 5 əsas səbəbi vardır:

1. Dizlərdə və kürəkdə ağrıların azalması

Çox zaman insanlar ayaqların arxa hissəsinin əzələlərinin (omba əzələləri və dizaltı vətər) vəziyyətinə laqeyd yanaşırlar.  Elə bilirlər ki, gündəlik fəaliyyət və ya yüksək intensivli məqşlər bu problemi nəzarətdə saxlayır. Belə hallar adətən İT işçilərində müşahidə olunur, onlarda tez-tez kürəkdə və dizlərdə ağrılar meydana gəlir, belə ki bir əzələnin üzərinə çox ağırlıq düşməsi zədələnmələrə gətirib çıxarır. Ancaq “körpücük” hərəkəti ayaqların arxa hissəsinin əzələlərini hərəkətə gətirir ki, bu da əzələlərinin fəaliyyətində ağırlıq balansını tənzimləyir.

2. İdman nəticələrinin yaxşılaşması

Söhbət fiziki qabiliyyətdən getdikdə güclü ombalar əsas faktor hesab olunur. İdman hərəkətləri zamanı məhz güc yardımçı funksiyası daşıyır. Ombaların möhkəmləndirilməsi sizə daha sürətli qaçmağa və tullanmağa imkan verəcək.

3. Geyim üzərinizdə daha yaxşı görünəcək

Güclü, elastik və yumru ombalar istənilən vəziyyətdə hər zaman mükəmməl görünür. Həmçinin ombalar nə qədər güclü olsa, onlar bir o qədər gözəl formada olacaq. “Körpücük” (əsasən müəyyən ağırlıqla) sizə gözəl nəticəyə nail olmağa imkan verəcək.

4. Qarın əzələlərinin möhkəmləndirilməsi

Bu hərəkət bütün qarın əzələlərini hərəkətə gətirərək qarın bölgəsinin düzləşməsinə, pressin əmələ gəlməsinə və bədənin qum saatı formasını almasına imkan yaradır. “Körpücük” hərəkətinin istənilən variantının edilməsi əzələləri sərtləşdirir və onları sadəcə bir hərəkətin köməyilə fəaliyyət göstərməyə vadar edir.

5. Qamətin yaxşılaşması

“Körpücük” hərəkəti uzun zaman oturaq və ya ayaqüstdə vəziyyətdə olduqda qaməti düzgün saxlamağa kömək edən omba əzələlərini və kürəyin düzləşdirici əzələlərini dartır. Bu hərəkət həmçinin qamətin düzgün olmasına təsir edən qarın əzələlərini də gücləndirir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 07:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri