Icma.az
close
up
RU
Korrupsiyaya qarşı qlobal mübarizənin Bakı gündəliyi

Korrupsiyaya qarşı qlobal mübarizənin Bakı gündəliyi

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illərdə nüfuzlu beynəxalq təşkilatların mühüm tədbirlərinin Azərbaycanın ev sahibliyi ilə keçirilməsi bir ənənə halını alıb. Dünən Bakıda daha bir mötəbər tədbirin açılışı baş tutub. Söhbət  BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsində keçirilən altıncı plenar iclasından gedir.

Beynəlxalq tədbir mayın 23-dək davam edəcək. Prezident İlham Əliyev  plenar iclasın iştirakçılarına müraciət ünvanlayıb. Dövlətimizin başçısı müraciətində Azərbaycanın korrupsiyaya qarşı mübarizədə prinsipial yanaşma sərgilədiyini və bu məqsədlə səmərəli hüquqi və institusional çərçivə yaratdığını diqqətə çatdırıb. “Bu tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir. Dünyanın müxtəlif hüquq sistemlərini təmsil edən peşəkarları bir araya gətirən bu toplantı korrupsiyaya qarşı mübarizədə ortaq iradənin təcəssümüdür”, - deyə müraciətdə vurğulanır.

Korrupsiyaya qarşı mübarizədə yeni çağırışlar

İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı korrupsiyanın da, necə deyərlər, zamana uyğun yeni transmilli növlərinin yaranmasını şərtləndirib. Bu kimi reallıqlar fonunda da milli dövlətlərin məsuliyyəti və qlobal təhdidlərə qarşı birgə səylərin gücləndirilməsi zərurəti ortaya çıxıb. “Hazırda süni intellekt, rəqəmsal maliyyə sistemləri və kibermühitlə bağlı texnoloji inkişaf korrupsiya və digər cinayətlərin yeni formalarının yaranmasına səbəb olmuşdur. Bu mürəkkəb və sürətlə dəyişən çağırışlar hüquq-mühafizə orqanları üçün qlobal miqyasda yeni və çoxşaxəli vəzifələr müəyyən edir. Azərbaycan bu təhlükələrin qarşısını almaq üçün beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq çərçivəsində öz imkanlarını gücləndirməyə sadiqdir”, - deyə Prezident İlham Əliyev bildirib.

Korrupsiyaya Qarşı Mübarizədə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE Network) yaradılması təşəbbüsü 2020-ci ildə İyirmilər Qrupunun (G20) Korrupsiyaya Qarşı Mübarizə Nazirlərinin ilk görüşü zamanı irəli sürülüb. 2021-ci ilin 2-4 iyun tarixlərində keçirilmiş BMT-nin Baş Assambleyasının Korrupsiyaya qarşı Mübarizə üzrə Xüsusi sessiyasında (UNGASS 2021) GlobE Network-un aralıq iclası keçirilib və müzakirələrin sonunda şəbəkənin fəaliyyətə başlaması ilə əlaqədar qərar qəbul edilib. Şəbəkə korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları arasında birbaşa əlaqəni gücləndirmək, digər ölkələrin beynəlxalq əməkdaşlığa cəlb olunmasını təşviq etmək və bu cür əməkdaşlığa imkan verən digər mövcud platformaları əlaqələndirmək məqsədi daşıyır.

Bakının ev sahibliyi etdiyi altıncı plenar iclasda 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirə həmçinin müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər də qatılıblar.

Korrupsiyaya qarşı qlobal mübarizənin Bakı gündəliyi olduqca aktualdır.  Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə edilmiş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər alt mövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur.

Azərbaycanda yaradılan səmərəli hüquqi və institusional antikorrupsiya çərçivəsi

Beynəxalq miqyasda korrupsiyaya qarşı mübarizədə hədəflənən nəticələri əldə etməkdən ötrü ilk növbədə milli səviyyələrdə səmərəli antikorrupsiya mexanizmləri işə salınmalıdır. Müraciətdə ölkəmizin bu sahədə qətiyyətli siyasi iradə ortaya qoyduğuna diqqət çəkən Prezident İlham Əliyev “Azərbaycan Respublikası korrupsiyaya qarşı mübarizəni hər zaman həm milli, həm də beynəlxalq prioritet kimi qəbul etmişdir. Bu istiqamətdə hüquqi və institusional çərçivə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əsasında formalaşmışdır. Bu qurumlar rəqəmsal transformasiya, açıq hökumət prinsipləri və beynəlxalq əməkdaşlıq vasitəsilə şəffaflıq və hesabatlılığın möhkəmləndirilməsində vacib rol oynayır”, - deyə vurğulayıb.

Respublikamızda korrupsiyaya qarşı mübarizə ardıcıl və sistemli xarakter daşıyır. Son illərdə aparılan islahatlar çərçivəsində Azərbaycanda korrupsiyaya qarşı mübarizə mexanizmləri ardıcıl olaraq təkmilləşdirilib, qanunvericilik bazası daha da genişəndirlib.  Respublikamızda neqativ hallara qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif dövlət proqramları, milli strategiyalar qəbul olunub və uğurla reallaşdırılıb. Dövlətin, şəxsən Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli siyasi iradəyə uyğun olaraq Azərbaycanda şəffaf münasibətlər sistemi formalaşıb. Dövlət orqanlarında göstərilən xidmətlərin elektronlaşdırılması, eləcə də hüquq-mühafizə orqanları və məhkəmələr tərəfindən aparılan icraatların paralel olaraq elektron formada təşkili, “ASAN xidmət”, “DOST” modellərinin tətbiqi vətəndaşların dövlət qurumlarına əlçatanlıq səviyyəsinin artmasına, həmin qurumların fəaliyyətində şəffaflıq səviyyəsinin yüksəlməsinə səbəb olub.

Ölkənin mövcud inkişaf səviyyəsi bütün sahələrdə olduğu kimi, korrupsiyaya qarşı mübarizədə də yeni baxış tələb edir. Prezident İlham Əliyevin 4 aprel 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Cari ildə isə dövlətimizin başçısı “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi haqqında ?ərman imzalayıb. Bu sənədlərin təsdiqlənməsi Azərbaycanın özünün inkişafının indiki mərhələsində korrupsiyaya qarşı mübarizəyə yeni baxışını və niyyətini ifadə edir.

Mübariz FEYİZLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 May 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri