Kosmosa uçan ilk jurnalist vəfat etdi
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Yaponiyada ölkənin kosmosa uçan ilk vətəndaşı və dünyada ilk peşəkar jurnalist-kosmonavt olan Toyohiro Akiyama 85 yaşında vəfat edib.
Milli.Az xarici KİV-ə istinadla bildirir ki, onun ölümünü TBS telekanalındakı keçmiş həmkarı, Yaponiya parlamentinin yuxarı palatasının deputatı Hideya Suqio açıqlayıb.
1990-cı ildə TBS-də jurnalist kimi çalışan Akiyama Sovet İttifaqının "Mir" orbital stansiyasının ekipajına daxil olub. İlk Sovet-Yaponiya kosmik uçuşunun təşəbbüskarı məhz TBS telekanalı olub.
Orbitdə olduğu müddətdə Akiyama canlı reportajlar hazırlayıb, məktəblilər üçün dərslər keçirib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Bu mövzuda digər xəbərlər:Aktrisa kosmosa uçan qadınları tənqid etdi
16 Aprel 2025 17:19
Kosmosa uçan ilk aktrisa gizli ailə qurub
29 Sentyabr 2026 11:55
Kosmosa uçan məşhurlar saxtakarlıqda ittiham olunur
18 Aprel 2025 09:11
ABŞ kosmosa “uçan boşqab”lar buraxdı
18 Dekabr 2025 16:27
İnsanın kosmosa getdiyi ilk məkan
28 Yanvar 2025 15:28
Baxış sayı:146
Bu xəbər 01 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















