Icma.az
close
up
RU
Kostanay şəhəri Azərbaycan və Qazaxıstan arasında mədəni dialoqun məkanına çevrilib

Kostanay şəhəri Azərbaycan və Qazaxıstan arasında mədəni dialoqun məkanına çevrilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 15 may, AZƏRTAC

Qazaxıstan Xalqları Assambleyasının (QXA) və “Birlik” Azərbaycan Etnomədəni birliyinin 30 illiyi münasibətilə ölkəmizdən nümayəndə heyəti Kostanay şəhərinə səfər edib.

AZƏRTAC Qazaxıstan Xalqları Assambleyasının Kostanay vilayəti üzrə mətbuat xidmətinə istinadla xəbər verir ki, bu səfər regionun mədəni həyatında parlaq hadisəyə çevrilib, müxtəlif xalqların nümayəndələrini dialoq, incəsənət və əməkdaşlıq platformalarında bir araya gətirib.

Əsas mədəni hadisə Kostanay şəhər Uşaq Yaradıcılığı Məktəbində təşkil olunmuş bayram konserti olub. Tədbir yüzlərlə tamaşaçını bir araya toplayıb.

Səfərin ikinci günü nümayəndə heyətinin üzvləri Regional Kommunikasiya Xidmətinin binasında keçirilmiş brifinqdə iştirak edərək səfərin məqsədləri haqqında məlumat verib, QXA çərçivəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Daha sonra qonaqlar “Kostanay” telekanalında yayımlanan “Tobıl tınısı” verilişinin canlı efirində iştirak ediblər. Burada Azərbaycan və Qazaxıstan arasında humanitar və mədəni əməkdaşlığın inkişafı müzakirə olunub.

Əsas tədbirlərdən biri isə regionun elm adaları ilə keçirilən görüş olub. Görüşdə təhsil və tədqiqat sahəsində etniklərarası həmrəyliyin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.

Günün sonunda isə nümayəndə heyəti mədəniyyət xadimləri ilə bir araya gəlib. Görüş çərçivəsində Azərbaycan və Qazaxıstan incəsənət xadimlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub. Tədbirdə iki ölkənin kukla teatrlarının birgə fəaliyyəti, Azərbaycan yaradıcı kollektivlərinin Qazaxıstanda keçirilən tədbirlərdə iştirakı, həmçinin birgə layihələrin və mədəni mübadilələrin inkişafı məsələləri müzakirə edilib.

Qeyd edək ki, “Birlik” Azərbaycan icması Kostanay vilayətində 1995-ci ilin sentyabr ayında qeydiyyatdan keçib. Hazırda icma üzvləri müxtəlif tədbirlərdə, o cümlədən xeyriyyə aksiyalarında fəal iştirak edir, gənclər birliyi də aktiv fəaliyyət göstərir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 05:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see218

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see177

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see176

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see162

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see155

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see145

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see137

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see136

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see136

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see131

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see131

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see130

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri