Azərbaycan və Qazaxıstan Rusiya şokoladının əsas alıcılarına çevrilib
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
Bu ilin ilk dörd ayında Rusiya ən azı 170,7 milyon dollar dəyərində şokolad ixrac edib, “RİA Novosti” BMT-nin “Comtrade” platformasının məlumatlarına istinadən xəbər verir.
Rusiya şokoladının ən çox alıcıları qonşu ölkələr, Qazaxıstan, Azərbaycan, Özbəkistan və Çin olub.
Yanvar-aprel aylarında Qazaxıstan Rusiyadan 78,3 milyon dollar, Azərbaycan 23,4 milyon dollar, Özbəkistan 21,4 milyon, Qırğızıstan 14,7 milyon, Gürcüstan 8 milyon, Çin 7,4 milyon, Ermənistan 5,7 milyon dollar dəyərində rus şokoladı idxal edib. Belarus haqqında məlumat yoxdur, lakin əvvəlki illərdə o, həm də əsas idxalçılar sırasında idi.
Bundan əlavə, rus şokoladına Serbiya, Moldova, Almaniya, ABŞ, İsrail və Səudiyyə Ərəbistanında tələbat var.
Ötən ildən Rusiyadan şokoladın tələbatı Səudiyyə Ərəbistanında təxminən 2 dəfə, Qazaxıstan və Azərbaycanda isə 1,3 dəfə artıb.
Bütün ötən il ərzində Rusiyanın şokolad ixracı təxminən 850 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 8% çoxdur.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 İyul 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















