Kostyuk “Qarabağ”dan danışdı “Bu, oyunu daha da maraqlı edir”
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, ukraynalı mütəxəssis Bakı və Azərbaycan xalqı barədə xoş sözlər deyib:
“Şəhəriniz və insanları bizdə xoş təəssürat yaratdı. Ölkəmizə göstərilən dəstəyi hiss etdik”..
O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun uzun illərdir komandada çalışmasına da toxunub:
“Qurbanov uzun illərdir bu komandadadır. Onlarda artıq müəyyən sistem formalaşıb. Daim avrokuboklarda çıxış edirlər. Bu da qarşıdakı oyunu daha maraqlı edir”.
Kostyuk heyətdə yeni itkilərin olmadığını da bildirib:
“İtkilər əvvəlki kimidir. Başqa itki yoxdur”.
Qeyd edək ki, komandalar arasında ilk görüş Kiyev “Dinamo”sunun 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bölgə klubunda yeni təyinat "Bu sual haqda oynamayan futbolçular düşünməlidir" "Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb "Sabah" - "Orhus" matçında insident - Danimarka mətbuatının qərəzi "Şəfa"dan 4 yeni transfer - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 12 Avqust 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















