Kotirovka kralı Ofis.A.M. 1 ildə 331 satınalma müqaviləsi bağlayan şirkət kimindir?
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
"Ofis-A.M." şirkəti 2024-cü ildə 331 satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo-nun məlumatına görə, şirkət əsasən kotirovka sorğularında qalib seçilib.
Nizamnamə kapitalı 1000 manat olan şirkətin hansı tarixdə dövlət qeydiyyatına alındığı bəlli deyil. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında bu barədə hər hansı qeyd yoxdur.
Yalnız o məlumdur ki, şirkət ötən ilin fevralında reyestr məlumatlarına dəyişiklik edib. Dəyişikliyin nədən ibarət olduğu barədə bilgi yoxdur.
Şirkət reyestr məlumatlarına dəyişiklik ediləndən sonra dövlət satınalmalarında fəal iştirak etməyə başlayıb və 331 kotirovka sorğusunun qalibi seçilib və bütün sorğular üzrə satınalma müqaviləsi imzalanıb.
2025-ci il başlar-başlamaz şirkət iki kotirovka sorğusunda iştirak edib və qalib seçilib. Kotirovka sorğularından birini "Su İdman Sarayı", digərini isə Bakı Dövlət Universiteti keçirib.
"Ofis.A.M." şirkətinin qalib gəldiyi kotriovka sorğuları əsasən dəftərxana məhsullarının satın alınması ilə olub.
Kotirovka kralı olan bu şirkət haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Şirkətin qanuni təmsilçisi Abdullayev Müşfiq Yavər oğlu barəsində də hər hansı məlumat yoxdur.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 09 Yanvar 2025 18:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















