Koubek DÇ tarixinə düşdü, amma Advokat rekordu əlindən alacaq
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çexiya futbol millisinin baş məşqçisi Miroslav Koubek Dünya Çempionatları tarixində komandaya rəhbərlik edən ən yaşlı mütəxəssis olub.
İdman.Biz xəbər verir ki, DÇ-2026-nın A qrupunda Cənubi Koreya ilə keçirilən oyun zamanı çexiyalı mütəxəssisin 74 yaş 9 ayı olub.
Koubek bununla turnirin açılış matçında Cənubi Afrika Respublikasının millisini meydana çıxaran Huqo Broosun rekordunu yeniləyib. Belçikalı mütəxəssis Meksika ilə qarşılaşma zamanı 74 yaş 2 aylıq idi.
Lakin Koubekin rekordu da uzun müddət qüvvədə qalmayacaq. Kurasao millisi DÇ-2026-da ilk oyununa çıxarkən komandaya 78 yaşlı Dik Advokat rəhbərlik edəcək.
1947-ci il sentyabrın 27-də anadan olan niderlandlı mütəxəssisin bu ilin sentyabrında 79 yaşı tamam olacaq. Beləliklə, Advokat Dünya Çempionatları tarixində komandaya rəhbərlik edən ən yaşlı məşqçiyə çevriləcək.
Qeyd edək ki, əvvəlki rekord DÇ-2010-da Yunanıstan millisini 71 yaş 317 günlük olarkən meydana çıxaran Otto Rehhagelə məxsus idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 12 İyun 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















