Koxalski və Puxaç ehtiyatda qaldı, “Qarabağ”ın qapısıçısından “quru” oyun
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Polşa millisi dünən UEFA millətlər Liqasının ilk turunda "doğma divarlar" arasında Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Sport24.az xəbər verir ki, matç azərbaycanlı azarkeşlər üçün də maraq kəsb edib.
Belə ki, bu görüşdə hər iki yığmanın heyətində Azərbaycanda legioner həyatı yaşayan və artıq ölkəmizi tərk edən futbolçular yer alıb. Polşa millisinə dəvət alan "Sabah"ın müdafiəçisi Timoteuş Puxaç və "Qarabağ"ın sabiq qolkiperi Mateuş Koxalski 90 dəqiqəni ehtiyat oyunçular skamyasından izləyiblər.
Əvəzində Ağdam təmsilçisinin bu yay "rənglərinə bağladığı" Bosniya və Herseqovina millisinin qolkiperi Martin Zlomisliç əsas heyətdə meydana çıxıb və oyunu əvəzolunmadan keçirib.
Qeyd edək ki, Varşavada baş tutan oyun qolsuz başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 27 Sentyabr 2026 09:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















