Koxalskinin satılması daha məqsədəuyğun ola bilər AÇIQLAMA
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın qapıçısı Mateuş Koxalski İngiltərə klublarından transfer təklifi gözlədiyini bildirib.
Əgər real təklif gəlsə, “Qarabağ” onu buraxmaqda maraqlı olar, yoxsa klub üçün saxlanılmasını daha üstün tutar?
Redaktor.az bu sualla AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimova müraciət etdi.
"Bu suala cavab vermək üçün klubun qapıçı ilə bağlı planları barədə dəqiq məlumatlı olmaq lazımdır. Düşünürəm ki, klubun idarə heyəti və transferlərlə məşğul olan şəxslər, komandanın Çempionlar Liqasında çıxış etdiyini nəzərə alaraq bir çox oyunçuya təkliflərin ola biləcəyini əvvəlcədən proqnozlaşdırıblar. Buna görə də hər bir mövqe, xüsusilə də qapıçı kimi həssas bir mövqe üçün alternativ variantları ehtiyat plan kimi dəyərləndiriblər. Əgər real və əlverişli təklif olarsa və bu, kluba da sərf edərsə, düşünürəm ki, futbolçunun gedişinə mane olmaq doğru olmaz", - deyə o bildirdi.
Mütəxəssis əlavə etdi ki, xüsusilə Koxalskinin İngiltərədə oynamaq istəyi nəzərə alınarsa, onu məcburi şəkildə komandada saxlamaq performans baxımından gözlənilən effekti verməyə bilər:
"Çünki bir oyunçu ürəyində başqa komandada oynamaq istəyirsə, bu amil istər-istəməz psixoloji təsir göstərir. Qapıçı mövqeyində isə psixoloji durum birbaşa performansa təsir edən əsas faktorlardandır. Bu baxımdan hesab edirəm ki, əgər konkret və ciddi təklif olarsa, Koxalskinin satılması daha məqsədəuyğun ola bilər. Lakin bu qərar yalnız onun yerinə keyfiyyətli alternativ tapılması şərti ilə verilməlidir. Qapıçı mövqeyi xüsusilə "Qarabağ" üçün hər zaman həlledici olub və keçmişdə bəzi mərhələlərdə məhz bu mövqedəki çatışmazlıqlar səbəbindən arzuolunmaz nəticələr yaşanıb. Ona görə də düşünürəm ki, klub bu məsələyə kifayət qədər ciddi və strateji yanaşacaq".
Xədicə BAXIŞLI
Baxış sayı:140
Bu xəbər 27 Fevral 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















