Icma.az
close
up
RU
Kraliçanın 10 illik dostu rus agenti imiş FOTO

Kraliçanın 10 illik dostu rus agenti imiş FOTO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Böyük Britaniyada yenicə ictimaiyyətə açıqlanan MI5 sənədləri, bir Sovet casusunun 10 il ərzində Kraliça II Elizabet və onun ailəsi ilə birlikdə yaşadığı dövrdə necə fərq edilmədən fəaliyyət göstərdiyini ortaya qoyub.

Milli.Az xəbər verir ki, Anthony Blunt, Kraliça II Elizabetin sənət tarixçisi və məsləhətçisi vəzifəsində çalışırdı. Lakin o, 1930-cu illərdən etibarən Sovet agenti kimi fəaliyyət göstərdiyini 1964-cü ildə etiraf etmişdi.

Cambridge Beşliyi və Blunt-un rolu
Blunt, 20-ci əsrin ən məşhur casus şəbəkələrindən biri olan Cambridge Beşliyi-nin üzvü idi.
Cambridge Beşliyi, İkinci Dünya Müharibəsi və 1950-ci illər ərzində Sovet İttifaqına informasiya ötürən bir qrup casus olaraq tanınır.
Blunt, İkinci Dünya Müharibəsi zamanı yüksək rütbəli vəzifədə çalışaraq KGB rəhbərlərinə böyük miqdarda gizli məlumat ötürmüşdü.
"Kraliça xəyanətə təəccüblənmədi"
Yeni sənədlərə görə, Blunt-un casus olduğu məlum olduqda, onun vəzifəsindən kənarlaşdırılması böyük bir siyasi qalmaqala səbəb ola biləcəyindən qorxulurdu. Bu səbəbdən, onun mövqeyini qorumasına icazə verildi.

1973-cü ildə, Blunt-un xəstələndiyi və jurnalistlərin ölümündən sonra bu hekayəni açıqlaya biləcəyi ilə bağlı narahatlıq yaranandan sonra, Kraliçəyə həqiqət bildirildi.

Kraliça II Elizabetin, Blunt-un xəyanətinə "çox sakit və təəccübsüz" reaksiya verdiyi deyilir. Həmçinin, Kraliçənin həmişə Blunt haqqında şübhələrinin olduğu iddia edilir.

Anthony Blunt kimdir?
Anthony Blunt, 1930-cu illərdə Cambridge Universitetində təhsil alarkən Sovet agenti kimi işə götürülüb.
Daha sonra Kraliça II Elizabetin sənət tarixçisi və məsləhətçisi kimi fəaliyyət göstərib.
1964-cü ildə Blunt, ikili agent olduğunu etiraf edib.
Onun casusluğu 1979-cu ildə Baş nazir Margaret Thatcher tərəfindən ictimaiyyətə açıqlanıb.
Sənədlərin sərgisi
Bu sənədlər, MI5: Resmi Sırlar adlı sərginin bir hissəsi kimi yayımlanıb. Sərgi, Britaniyanın daxili təhlükəsizlik xidmətinin tarixi və məşhur casusluq hadisələrinə dair geniş məlumatları təqdim edir.

Anthony Blunt-un hekayəsi, Kraliça II Elizabet və krallıq ailəsinin ən böyük xəyanət hadisələrindən biri olaraq tarixdə qalacaq.
Lalə Qüdrətova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 14 Yanvar 2025 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see346

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see290

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see282

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see279

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see265

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see262

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see256

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see255

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see235

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see227

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see218

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see210

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see206

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see206

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see205

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see202

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see202

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see194

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see189

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri