Icma.az
close
up
RU
“Kredit biznes qurmaq üçün yox, işləyən biznesi böyütmək üçündür“ Zəfər Məmmədov

“Kredit biznes qurmaq üçün yox, işləyən biznesi böyütmək üçündür“ Zəfər Məmmədov

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Son illər iqtisadi dalğalanmalar, bazar qeyri-müəyyənliyi və maliyyə resurslarına çıxışın çətinləşməsi fonunda biznesə başlamaq istəyənlərin qarşısında ciddi suallar yaradır.

Sahibkar, hüquqşünas, memar, “Zaferoğlu inşaat”ın qurucusu Zəfər Məmmədovun Moderator.az-a müsahibəsini təqdim edirik:

 - Bugünkü iqtisadi şəraitdə az büdcə ilə biznesə başlamaq nə dərəcədə realdır? 

-  Az büdcə ilə biznesə başlamaq mümkündür, amma əvvəlki kimi yox. Yəni az pul qoyub böyük istehsal, ofis, çoxlu işçi ilə başlamaq real deyil. Az büdcə olanda xidmət yönümlü işlərə, satışa, vasitəçiliyə, idarəetməyə yönəlmək lazımdır. Əsas məsələ pulu yox, başı və istiqaməti düzgün seçməkdir. İnsanlar az büdcə ilə tez böyük nəticə gözləyir, bu da ən böyük səhvdir.

- Hazırda Azərbaycanda hansı sahələrə investisiya qoyuluşu daha çox gəlir vəd edir və nisbətən daha az risklidir?

- Hazırda Azərbaycanda ən stabil sahələr gündəlik ehtiyac yaradan sahələrdir. Təchizat, texniki xidmət, təmir, servis, enerji səmərəliliyi, kənd təsərrüfatı ilə bağlı satış və emal. Bir də şirkətlərə xidmət göstərən bizneslər. Bu sahələrdə bəlkə sürətli qazanc olmur, amma davamlılıq var. Bu dövrdə də davamlılıq ən böyük üstünlükdür.

- Kiçik və orta sahibkarlıq üçün ən böyük risklər nələrdir və bu riskləri minimuma endirməyin yolları hansılardır?

- Kiçik və orta biznes üçün əsas risk pul axınıdır. Çox adam qazandığını düşünür, amma əslində pulu idarə etmir. Tək müştəriyə bağlanmaq da böyük riskdir. Bir müştəri gedəndə bütün iş dayanır. Bir də emosional qərarlar var. Biznes emosiyanı sevmir. Sistem qurulmayanda da risk artır, çünki iş bir nəfərin üzərində qalır.

- Bir çox insanlar kredit alaraq biznes qurmağa üstünlük verir. Sizin təcrübənizə görə, bu yanaşma nə qədər effektivdir və hansı hallarda təhlükəli ola bilər?

- Kreditlə biznes qurmaq məsələsində açıq deyim, çox ehtiyatlıyam. Kredit biznes qurmaq üçün yox, işləyən biznesi böyütmək üçündür. Kreditlə ideya sınamaq, bazarı yoxlamaq çox təhlükəlidir. Çünki riskin hamısı sənin üzərində qalır və səhv addım çox baha başa gələ bilər.

- Biznesə yeni başlayanlara kreditlə bağlı hansı əsas tövsiyələri verərdiniz?

- Kreditlə bağlı əsas tövsiyəm odur ki, ilk biznesi kreditlə başlamaq düzgün deyil. Kredit ödənişi insanı sıxmamalıdır. Gəlirin böyük hissəsi banka getməməlidir. Bir də kreditlə xərcləmək yox, gəlir gətirən aktiv almaq lazımdır. Əks halda kredit yükə çevrilir.

- Sizcə, biznes qurarkən mütləq şəriklə işləmək lazımdırmı, yoxsa təkbaşına fəaliyyət daha uğurlu nəticə verə bilər?

- Şərikli və ya tək biznes məsələsi çox fərdidir. Şərik o halda lazımdır ki, səndə olmayan bir şeyi gətirsin – kapital, bilik və ya əlaqə. Sadəcə tək bacarmıram deyə şərik götürmək səhvdir. Tək işləməyin üstünlüyü qərarların sürətli olmasıdır. Şərikli biznesdə isə hər şey əvvəlcədən açıq və yazılı olmalıdır.

- Şərikli biznesdə ən çox rast gəlinən problemlər hansılardır və bunların qarşısını necə almaq olar?

- Şərikli biznesdə ən çox problem rolların və məsuliyyətin əvvəlcədən dəqiq müəyyən olunmamasından çıxır. Hamı yaxşı vaxtda razıdır, çətinlik gələndə problemlər başlayır. Ona görə də şəriklikdə qaydalar əvvəldən qoyulmalıdır, hətta ayrılıq halı belə düşünülməlidir.

-Tikinti sektorunda investisiya etmək bu gün nə dərəcədə risklidir və hansı istiqamətlər daha perspektivli hesab olunur?

-Tikinti sektoru hələ də iqtisadiyyatın əsas sahələrindən biridir, amma əvvəlki kimi asan deyil. Artıq hər layihə qazanc gətirmir. Planlama, maliyyə və vaxtlama çox önəmlidir. Səhv qərarın qiyməti çox bahadır.

-Siz uzun illərdir tikinti sektorunda fəaliyyət göstərirsiniz. Hazırda bu sahədə ümumi vəziyyəti necə qiymətləndirirsiniz?

-Tikintidə bu gün spekulyativ layihələr risklidir. Amma təmir, rekonstruksiya, enerji səmərəliliyi, dövlət və sənaye obyektləri, texniki xidmət istiqamətləri daha stabil görünür. Yəni tez satım yox, davamlı iş prinsipi ilə yanaşmaq lazımdır.

-Tikinti sahəsində biznes qurmaq istəyən gənc sahibkarlara hansı əsas məsləhətləri verərdiniz?

-Tikinti sahəsində biznes qurmaq istəyən gənclərə məsləhətim odur ki, birbaşa böyük layihə ilə başlamasınlar. Əvvəl sahəni öyrənsinlər, alt xidmətlərdən başlasınlar, müqaviləsiz işləməsinlər və pul axınını həmişə ön planda saxlasınlar. Tikinti səbr və nizam tələb edən sahədir.

Yekunda isə bunu deyim ki, bu dövrdə qazananlar ən cəsarətli olanlar yox, riskini düzgün idarə edənlərdir. Bu il aqressiv böyümə ili yox, ağıllı hərəkət ilidir.

Mehin Mehmanqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Yanvar 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see728

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see210

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see160

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see145

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see145

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri