Icma.az
close
up
RU
Kamran Əsədov: “Təhsil pul qazanmaq üçün yox, insan yetişdirmək üçündür”

Kamran Əsədov: “Təhsil pul qazanmaq üçün yox, insan yetişdirmək üçündür”

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Azərbaycanda repetitorluq sistemi təhsilin ayrılmaz hissəsinə çevrilib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, valideynlər və şagirdlər məktəbdə verilən təhsilin kifayət etmədiyini düşündükləri üçün repetitor yanına getməyə məcbur olurlar:

“Hər il minlərlə uşaq hazırlıqlara gedir, amma nəticə? Statistikaya baxanda, 50 %-dən çox şagird keçid balını belə toplaya bilmir. Bəs onda repetitorlar nəyə görə pul alır? Niyə valideynlər minlərlə manat xərcləsə də, nəticələr dəyişmir?”

Onun sözlərinə görə, repetitorlar deyir ki, “uşaq hazırlaşıb, keçibsə, bu mənim uğurumdur”: 

“Bəs keçə bilməyənlər? Onlara da sən dərs deyirdin, pul alırdın. Hanı nəticə? Keçən uşaqları öz reklamın kimi göstərmək asandır. Bəs keçə bilməyənlərin məsuliyyətini niyə üzərinə götürmürsən? 

Əgər bir şagird səndən hazırlığa gedib, bir il boyunca sənin dərslərində iştirak edib və nəticə sıfırdırsa, deməli, ya düzgün öyrədə bilmirsən, ya da uşağın potensialını düzgün qiymətləndirməmisən.

Əgər bir uşaq dərsi öyrənmirsə, azad elə! Çıxart hazırlıqdan! Axı sən pul alırsan. Bir ildən çoxdur şagird sənin yanına gəlir, amma yenə nəticə vermir, niyə saxlayırsan? 

Çünki aylıq ödəniş gəlir, sən də “biz çalışdıq, amma özü oxumadı” bəhanəsi ilə məsuliyyətdən yayınmağa çalışırsan. Halbuki, əgər uşaq həqiqətən oxumursa, sənin işin bunu vaxtında görmək, valideynə bildirmək və çıxış yolu göstərməkdir. 

Hazırlıqlar bu gün artıq real tədris prosesindən çox, kommersiya məqsədinə çevrilib. Uşaq dərsi mənimsəməsə də, repetitorlar onu saxlayır, çünki hər ay valideyn pul ödəyir. Əgər nəticə olmayacaqsa, niyə valideynin pullarını havaya xərclədirsən?

Bütün ölkədə repetitor hazırlıqları kütləvi hal alıb, amma bu qədər şagirdin böyük bir hissəsi aşağı bal toplayır. Problem sadəcə şagirdlərdə deyil, repetitorluq sisteminin özündədir”. 

Ekspert deyir ki, məqsəd uşağa bilik vermək yox, neçə nəfər qrup yığmaq, neçə şagirdlə işləmək və nə qədər çox pul qazanmaqdır: 

“Bu biznes modelinin içində şagirdin uğuru ikinci plana keçir. Əgər repetitor həqiqətən keyfiyyətli dərs keçirsə, niyə bu qədər şagird aşağı nəticə göstərir? Əgər uşağın nəticəsi olmayacaqsa, niyə onu saxlayıb vaxtını və pulunu alırsan? 

Əgər hazırlığa getmək mütləqdirsə, məktəblər nə üçündür? Təhsil sistemi niyə uşaqları məktəbdə yox, pullu hazırlıqlarda öyrənməyə məcbur edir? Repetitor deyəndə ki, “Nə demişdimsə, imtahana düşmüşdü”, bir anlıq özündən razı görünsə də, bu cümlə başqa bir problemi də açıq şəkildə göstərir – deməli, uşaq real bilik qazanmır, sadəcə imtahanda testləri tanıyır. 

Biz bilik yox, sual əzbərləyən nəsil yetişdiririk. Biliklə yox, şansla universitetə qəbul olunanlar çoxdur. Əgər repetitorun məqsədi uşağa düşünməyi, analiz etməyi öyrətməkdirsə, niyə onun nəticəsi təsadüf üzərində qurulur? 

Bu gün Azərbaycanda repetitorlar təkcə universitetə hazırlaşanlara deyil, hətta 1-ci sinfə gedən uşaqlara belə dərs keçməyə başlayıb. Sistem o qədər iflasa uğrayıb ki, artıq məktəb heç kimə etibarlı görünmür. 

Bəs repetitorlar bu inamsızlığı dəyişmək üçün nə edir? Əksinə, bu sistemdən qazanmaq üçün çalışırlar. Hər ay pul ödəməyə məcbur edilən valideynlər, nəticədə övladlarının uğur qazanmamasına baxmayaraq, heç bir tələb irəli sürə bilmir.

Təhsil pul qazanmaq üçün yox, insan yetişdirmək üçündür. Əgər bir repetitor şagirdi bir il hazırlayırsa, onun nəticəsinə də cavabdeh olmalıdır. Nəticə olmayacaqsa, uşağı yükləməyin, valideynin pulunu almayın, repetitorluğu biznes kimi deyil, tədris prosesi kimi görün! Yoxsa bu sistem həmişə belə qalacaq, hamı repetitor yanına gedəcək, amma yenə də şagirdlərin yarısı imtahandan kəsiləcək”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 04 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see249

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see227

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see139

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri