Icma.az
close
up
RU
Kredit borcu olan şəxslərin nəzərinə

Kredit borcu olan şəxslərin nəzərinə

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda kredit götürmək artıq bir çox insan üçün gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Amma borcun vaxtında ödənməsi hər zaman asan olmur və gecikmələr, maliyyə çətinlikləri insanların tez-tez qarşılaşdığı problemlərdəndir. Bəs ödənilməyən kreditin nəticəsində vətəndaş həbs oluna bilər?

İqtisadçı Rəşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, İnzibati Xətalar Məcəlləsində, Mülki Məcəllədə və digər əlaqədar qanunvericilik aktlarında bu məsələ tənzimlənir.

Onun sözlərinə görə, götürülən kredit qarşı tərəfin, yəni bank və ya kredit təşkilatının aktivi, daha ümumi desək, əmlakı hesab olunur. Bu səbəbdən də qəsdən, imkanı olduğu halda kredit borcunu ödəməmək müəyyən hallarda cinayət məsuliyyəti yarada bilər və bu, həbs qətimkan tədbirinin seçilməsi ilə nəticələnə bilər:

“Qanunvericiliyə əsasən, belə hallarda şəxs 3 ilədək azadlıqdan məhrum edilə bilər. Lakin bu, çoxşaxəli və mürəkkəb bir prosesdir. Həbs qətimkan tədbirinin seçilməsi bir sıra hallarda mümkün olur. Məsələn, kreditin əldə olunması məqsədilə məlumatların saxtalaşdırılması, öhdəlikdən yayınmaq üçün bilərəkdən və ya qəsdən aktivlərin özgəninkiləşdirilməsi halları müəyyən olunarsa və bu hallar məhkəmə tərəfindən sübuta yetirilərsə, həmin əməllər Cinayət Məcəlləsinə uyğun olaraq cinayət xarakterli əməllər kimi qiymətləndirilə bilər. Bu kimi hallarda şəxsin fəaliyyəti cinayət tərkibli hesab olunaraq onun barəsində həbs qərarı verilə bilər”.

R.Həsənov qeyd edib ki, qanunvericiliyin əsas məqsədi və istiqaməti şəxslərin öz öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır:

“Qanunvericilik daha çox bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Məhkəmə qərarlarının icrası vasitəsilə vəsaitlərin geri qaytarılması əsas hədəf kimi müəyyən olunub. Bu məsələ, xüsusilə bank sektoru üçün olduqca əhəmiyyətlidir. Çünki vətəndaşlar kredit öhdəliklərini yerinə yetirmədikdə bu, bankların aktivlərinin keyfiyyətinin pisləşməsinə, geri qaytarılmayan kreditlərin həcminin artmasına və nəticədə maliyyə sabitliyinin pozulmasına səbəb ola bilər. Buna görə də qanunvericilik bu istiqamətdə bir sıra tədbirlər nəzərdə tutur və məhkəmə qərarları əsasən vəsaitlərin geri qaytarılmasının təmin edilməsinə yönəlib. Buna baxmayaraq, qeyd olunan hallarda kredit borcu olan vətəndaşlar qanunvericiliyə uyğun olaraq həbs edilə bilərlər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri