Icma.az
close
up
RU
Kredit götürənlər üçün etibarlı “təhlükəsizlik çətiri”: Sən də özünü və yaxınlarını risklərdən qoru!

Kredit götürənlər üçün etibarlı “təhlükəsizlik çətiri”: Sən də özünü və yaxınlarını risklərdən qoru!

Banco.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müəllif: Mehin Qasımova, Banco.az

Azərbaycanda kredit götürənlərin sayı ildən-ilə artır. İnsanlar avtomobil almaq, ev təmir etdirmək, təhsil haqlarını ödəmək və ya gündəlik ehtiyaclarını qarşılamaq üçün banklara üz tutur. Kredit götürmək, əslində, müəyyən müddət ərzində maliyyə yükünü üzərinə götürmək deməkdir. Lakin gözlənilməz həyat hadisələri bəzən kreditin qaytarılmasını çətinləşdirə və borcalanı ciddi maliyyə riskləri ilə üz-üzə qoya bilər. Çünki həyat hər zaman planlara uyğun getmir. Təəssüf ki, xəstəlik, qəza və ya ölüm kimi risklər heç kimin sığortalanmadığı reallıqlardır.
Kredit öhdəliyi olan ailələr üçün belə gözlənilməz hadisələr — məsələn, ailə başçısının qəfil vəfatı və ya əmək qabiliyyətini itirməsi — həm mənəvi, həm də maddi baxımdan ağır zərbə ola bilər. Bu zaman vərəsələr kreditin qaytarılmasını davam etdirmək məcburiyyətində qalır və çətin vəziyyətdə olan ailə daha da ağır yük altına düşür.

Ali məktəb arzusu və gözlənilməz bir itki

Aydan ali məktəbə qəbul olduğunu eşidəndə sevincinin həddi-hüdudu yox idi. O, çoxdan arzusunda olduğu universitetə qəbul olunmuşdu. Ailəsinin maddi imkanları məhdud olsa da, atası onun təhsil arzusu üçün bütün çətinlikləri gözə alaraq bankdan kredit götürmüşdü. Onun təhsil haqqı 3500 manat idi və bu məbləğ ailənin büdcəsi üçün az deyildi. Amma ata üçün övladının gələcəyi hər şeydən vacib idi.
Lakin ölüm gözlənilməz bir anda  onların qapısını döydü. Aydanın atası qəfil vəfat etdi. Bu acı itki ailəni dərindən sarsıtdı – həm mənəvi, həm də maddi baxımdan. Evdar ana və azyaşlı qardaşla atasız qalan Aydan üçün təhsilə davam etmək artıq ciddi sual altına düşmüşdü. Kredit borcu ödənmədiyindən artıq bankdan zənglər gəlirdi. Hətta Aydanın təhsilini yarımçıq qoymaq təhlükəsi belə yaranmışdı.
Əgər atası kredit götürərkən həyat sığortası ilə təminat yaratmış olsaydı, heç olmasa Aydanın təhsili davam edər, ailə əlavə maliyyə yükü altına düşməzdi. Bu hadisə göstərir ki, kredit həyat sığortası gələcəyin təminatıdır, arzuların yarımçıq qalmamasına töhfə verən bir sosial müdafiə vasitəsidir.

Bəs həyat sığortası nədir? 

Həyat sığortası — sığorta olunan şəxsin vəfatı və ya əmək qabiliyyətini itirməsi halında onun ailəsinə və ya borc verdiyi maliyyə qurumuna müəyyən məbləğdə ödəniş etməklə iqtisadi çətinliklərin qarşısını alan maliyyə mexanizmidir. Azərbaycanda həyat sığortası həm icbari, həm də könüllü növlərdə təqdim olunur. İcbari sığorta növünə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta daxildir. Könüllü həyat sığortasına isə bir neçə forma aiddir: həyatın yaşam sığortası, ölüm halından sığorta, əmək qabiliyyətinin sığortası və sağalmaz xəstəliklərdən sığorta. 
Bu növlər insanlara fərqli risklərə qarşı maliyyə təminatı təqdim etməklə onların və ailələrinin gələcəyini qorumağa xidmət edir. Xüsusilə ipoteka və istehlak krediti götürən şəxslər üçün bu sığorta növü ailəni borc yükündən qorumağın ən səmərəli yollarından biridir. Bu gün həyat sığortasına maraq artmaqdadır. Azərbaycanda bu ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə 353 milyon 385 manatdan çox sığorta haqqı yığılıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu, illik müqayisədə 18,1% və ya 54,3 milyon manat çoxdur.
Hesabata görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 33 milyon 140 min manat və ya 19,7% artaraq 201 milyon manata çatıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında yaşam sığortası üzrə yığımlar 299,1 milyon manata, ödənişlər isə 167,9 milyon manata bərabər olub.

Sığorta üzrə mütəxəssis Şahin İsmayılov bildirir ki, həyat sığortası üçün tələb olunan sığorta haqqı adətən olduqca əlçatan, bəzən isə simvolik məbləğlə ifadə olunur:

“Bu sığortanı əldə etmək üçün vətəndaşın ayrıca sığorta şirkətinə müraciət etməsinə ehtiyac qalmır — müqavilə birbaşa bank ofisində, kredit rəsmiləşdirilərkən təqdim edilir. Belə hallarda borcalanın vəfatı və ya əmək qabiliyyətini itirməsi zamanı kreditin ödənilməmiş məbləğini sığorta şirkəti ödəyir. Bu isə ailənin əlavə maliyyə yükü ilə üzləşməsinin qarşısını alır”.

Beynəlxalq təcrübə nə deyir?

Avropanın bir çox ölkələrində kredit həyat sığortası müştərilərin 70-80%-də tətbiq olunur. Avropa ölkələrində (Almaniya, Fransa, İtaliya) bu sığorta növü daha çox ipoteka kreditlərində tətbiq edilir. ABŞ və Kanada kimi ölkələrdə isə bu rəqəm daha da yüksəkdir və həyat sığortası kredit sisteminin ayrılmaz hissəsi hesab edilir. Türkiyədə bu “Kredi Hayat Sigortası” adlanır və adətən kreditlə birlikdə verilir. Rusiyada isə həyat sığortası kredit müqaviləsinin ayrılmaz hissəsidir. Gürcüstan və Ermənistanda da bu sığorta növləri, xüsusilə ipoteka və istehlak kreditlərində geniş yayılıb. Xarici bankların və sığorta şirkətlərinin təcrübəsi göstərir ki, həyat sığortası tətbiq olunduqdan sonra problemli kreditlərin sayı 20-30% azalıb.

Problemli kreditlər və maliyyə sabitliyi

Kreditlərin ödənilməməsi təkcə borcalanları deyil, bankları da çətin vəziyyətə salır. Bu isə ölkənin maliyyə sabitliyinə birbaşa təsir edir. 2025-ci ilin iyunun 1-i tarixinə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 508,3 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, problemli kreditlər 1 ay əvvəllə müqayisədə 1,1%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 9% artıb. İyun ayının əvvəlinə vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7% təşkil edib.

Milli Məclisin deputatı Vüqar Bayramov qeyd edir ki, ölkəmizdə banklar tərəfindən verilmiş istehlak kreditlərinin həcmi 8 milyard manatdan çoxdur. Bu isə 3 milyondan artıq vətəndaşın borclanması deməkdir.

Deputat bildirir ki, bu borcalanların 95%-nin həyat sığortası yoxdur və bu, ailələr üçün ciddi risklər yaradır. Onun sözlərinə görə, sığortadan istifadə həm borcalan, həm də banklar üçün riskləri minimuma endirir: "Həmçinin sığorta sisteminin genişlənməsi bankların da kredit faizlərini aşağı salmasına imkan yarada bilər. Bu isə borcalan üçün əlavə xərcləri kompensasiya edəcək". 

Qeyd edək ki, sığorta, bu riskləri azaltmaqla həm vətəndaşların, həm də maliyyə sisteminin dayanıqlığını təmin edə bilər. Sığorta haqqı yüksək olmadığından bu sistem həm müştəri, həm də bank üçün qarşılıqlı fayda yaradır.

Sığorta bazarında müsbət tendensiya

Qeyd etmək yerinə düşər ki, Azərbaycanda sığorta bazarı son illərdə əhəmiyyətli dərəcədə böyüyüb. Ölkədə sığortanın həm əhatə dairəsi, həm də maliyyə göstəriciləri nəzərəçarpacaq dərəcədə artıb. Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Banklar Assosiasiyası və mətbuatın apardığı maarifləndirmə işləri öz nəticəsini verməkdədir. Mərkəzi Bankın məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 719,353 milyonmanat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,75 % çoxdur. Məhz bu tendensiya əhalinin maliyyə savadlılığının artması və sığortaya olan etibarın gücləndiyini göstərir.

Gələcəyin təhlükəsizliyi bu gündən qurulur

Sığorta — xüsusilə həyat sığortası — yalnız fərdi deyil, həm də ictimai maliyyə təhlükəsizliyinin əsas dayaqlarından biridir. Bu sahədə maarifləndirmə işləri gücləndirilməli, bank və sığorta qurumları əməkdaşlıq etməli, kredit həyat sığortası kredit paketlərinin əsas hissəsi kimi təqdim olunmalıdır. Müafiq qurumların  dəstəyi və media vasitəsilə aparılan geniş təbliğat kampaniyaları ilə insanlar gələcəklərini daha təhlükəsiz şəkildə qura bilərlər. Unutmayaq ki, “ehtiyat igidin yaraşığıdır”.

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Kredit götürənlərin həyat riskləri sığorta təminatında” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:65
embedMənbə:https://banco.az
archiveBu xəbər 26 İyun 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tezliklə varlanacaq BÜRCLƏR: Pul çay kimi axacaq

25 İyun 2025 00:06see149

Həkim: “İstəyirsən, gündə 5 dəfə cinsi əlaqədə ol”

26 İyun 2025 02:27see131

Ruttedən Türkiyə ilə bağlı şok: NATO ölkələri mane olur...

24 İyun 2025 22:18see122

İranın yeni səfiri Azərbaycana gəlib, etimadnaməsinin surətini təqdim edib

25 İyun 2025 18:10see121

Zelenski: Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər

25 İyun 2025 02:31see121

Güclü bir evlilik üçün cütlərin cavab verməli olduğu üç sual...

25 İyun 2025 00:46see119

İrana hücumu mətbuata kim sızdırıb?

26 İyun 2025 12:21see119

25 ildən sonra görüşüb qucaqlaşdılar… Əslində hər şey bir yalandır?

25 İyun 2025 18:22see116

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC 380 minlik studiya avadanlıqları və dekorasiyalar alır

25 İyun 2025 08:52see116

Bu ölkədən 15 buzqıran gəmi almaq istəyirəm Tramp

25 İyun 2025 20:20see115

“Yaşıl Teatr”da Azərbaycan və Qvadelupun mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert olub

25 İyun 2025 21:21see115

Çempiondan 24 xallıq fərq

26 İyun 2025 02:13see115

Daxili enerji infrastrukturuna investisiya yatırmaq xarici təhlükələrə qarşı dayanıqlığı artırır RƏY

25 İyun 2025 19:03see114

Zelenski geyim tərzini niyə dəyişib... FOTO

25 İyun 2025 23:38see114

Əhaliyə xəbərdarlıq: İyunun 26 28 də...

25 İyun 2025 21:15see114

Şərəf ordenli jurnalist vəfat edib FOTO

25 İyun 2025 21:05see114

Niyə deyirsən ki, sənə hörmət etmirdilər və səni klubdan qovublar?

25 İyun 2025 19:14see114

Zelenski və Makron görüşdü: Ukrayna səması GÜCLƏNDİRİLİR KONKRET

24 İyun 2025 23:24see113

Heç kim İranı nüvə yolundan döndərə bilməz Araqçı

25 İyun 2025 00:46see110

Nazirlər və komitə sədrlərinin iyul ayı üçün qəbul günləri Cədvəl

25 İyun 2025 10:37see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri