Icma.az
close
up
RU
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bank sektorunun əsas gəlir mənbələrindən biri və bəlkə də birincisi verilən kreditlərdə əldə edilən gəlirlərdir. Ona görə də banklar daha çox müştəri cəlb etmək üçün kredit faizlərini zaman-zaman aşağı salırlar.
Amma bir məsələ də var ki, faizlər nə qədər aşağı salınsa da, müştəri məmnunluğu çox aşağıdır. Müştəriləri məmnun etməyən səbəblərdən biri də verilən kreditin geri ödənişi zamanı tərtib edilən qrafikdir. Bu qrafikdə bank hesabladığı faizi ilk dönəmdə müştəridən geri alır.
Əsas borc isə sonrakı aylara qalır.
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki,  bankların kredit verərkən ilk aylarda əsasən faiz məbləğini tutması bir çox hallarda qanun pozuntusu sayılmır:
 

“Çünki kredit müqaviləsində ödəniş qrafiki əvvəlcədən göstərilir və müştəri həmin şərtlərlə razılaşaraq müqaviləni imzalayır. Ən çox tətbiq olunan üsul annuitet ödəniş sistemidir və bu sistemdə ilkin dövrlərdə ödənişin böyük hissəsi faizlərə, sonrakı dövrlərdə isə əsas məbləğə yönəlir. Bu mexanizm riyazi hesablamaya əsaslanır və bankın “özbaşınalığı” kimi qiymətləndirilmir.


Azərbaycan qanunvericiliyinə, o cümlədən “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” və “Banklar haqqında” qanunun normalarına görə əsas tələb şəffaflıqdır. Yəni bank müştəriyə kreditin illik faiz dərəcəsini, ümumi ödəniş məbləğini və ödəniş cədvəlini əvvəlcədən tam və aydın şəkildə təqdim etməlidir. Əgər bu məlumatlar gizlədilmirsə və müqavilədə açıq göstərilibsə, bu hal adətən istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilmir”.
Bununla belə, müsahibimiz hesab edir ki, qanunvericilikdə kreditlərin hesablanma mexanizmi ilə bağlı daha detallı və məcburi vahid standartların olmaması müəyyən mübahisələr yarada bilər:
“Əgər bank şərtləri düzgün izah etməyibsə, əlavə gizli komissiyalar tətbiq edibsə və ya müqavilə şərtləri birtərəfli dəyişdirilibsə, bu zaman artıq istehlakçı hüquqlarının pozulmasından danışmaq olar”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see338

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see334

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see274

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see269

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see266

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see264

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see260

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see259

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see245

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see219

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see214

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see213

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see212

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see212

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see209

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see209

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see206

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see205

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see204

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri