Kredit kartı fırıldaqçılığının aşkarlanmasında təlimsiz öyrənmə modelləri
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda institutun əməkdaşı Eltun Əhmədov “Kredit kartı fırıldaqçılığının anomaliya əsaslı aşkarlanmasında təlimsiz öyrənmə modelləri” mövzusunda məruzə ilə çıxış edib.
E.Əhmədov elektron ticarətin sürətli inkişafının maliyyə təhlükəsizliyinə təsirləri, həmçinin kredit kartı fırıldaqçılığı hallarının artımı və bu sahədə tətbiq olunan kibertəhlükəsizlik tədbirlərini geniş şəkildə təhlil edib. Məruzəçi qeyd edib ki, kredit kartı fırıldaqçılığı həm qlobal miqyasda, həm də Azərbaycanda ciddi iqtisadi itkilərə səbəb olur. O, həmçinin ölkəmizdə kibertəhlükəsizliyin hüquqi tənzimlənməsi məsələlərindən bəhs edib.
Kredit kartı fırıldaqçılığının əsas problemlərini də diqqətə çatdıran məruzəçi qeyri-balanslı verilənlər, real vaxtda aşkarlama, normal və fırıldaq davranışlar arasındakı oxşarlıq, verilənlərin əlçatanlığı, məxfilik və etik narahatlıqlar, resurs məhdudluğu, hesablama mürəkkəbliyi, qiymətləndirmə metrikalarının məhdudluğu və digər əsas çatışmazlıqlar haqqında məlumat verib.
Tədqiqatçı təlimsiz öyrənmə modellərinin, o cümlədən İzolyasiya Meşəsi, Lokal Anomaliya Əmsalı, Avtoenkoder və Dayanıqlı Kovariasiya metodlarının tətbiqi ilə fırıldaqçılıq hallarının aşkarlanması istiqamətində aparılan eksperimentləri diqqətə çatdırıb. O bildirib ki, təklif olunan birsinifli təsnifat (one-class classification) yanaşması nəticəsində Avtoenkoder modeli ən yüksək göstərici ilə fərqlənib: “Bu nəticə fırıldaqçılıq aşkarlama sistemlərində effektivlik və etibarlılığın təmin olunmasına xidmət edir”.
Məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.
İnstitutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev məruzəyə münasibət bildirib. Alim bu istiqamətdə aparılan işlərin kibertəhlükəsizliyin gücləndirilməsinə, milli rəqəmsal infrastrukturun müdafiə potensialının artırılmasına töhfə verdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Noyabr 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















