Icma.az
close
up
RU
Kredit kartlarından istifadə edənlərin nəzərinə

Kredit kartlarından istifadə edənlərin nəzərinə

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Media Təhlil Mərkəzinin (MTM) Mərkəzi Bankın verdiyi rəsmi açıqlamaya əsasən hazırladığı təhlilə görə, son bir ildə ölkədə istifadədə olan kredit kartlarının sayı 6,9% və ya 156 567 ədəd azalaraq 2 118 498-a enib.

Metbuat.az xəbər verir ki, bu barədə Tehlil.az saytı məlumat yayıb.

Qeyd edilib ki, məlumat 2025-ci il 1 iyul tarixinə aiddir. Ötən ilin eyni tarixində ölkədəki aktiv kredit kartlarının sayı 2 275 065 ədəd təşkil edirdi. Bu tarixdən öncəki bir il ərzində isə ölkədə kredit kartlarının sayı 12,6% və ya 254 890 ədəd artmışdı. Ümumilikdə, son bir ili nəzərə almasaq, kredit kartlarının sayında hər il daimi artım qeydə alınırdı.

Qeyd etmək lazımdır ki, cari ilin 1 iyul tarixinə olan kredit kartı sayı 2021-ci ilin eyni gününə olan göstərici ilə müqayisədə isə 76,1% və ya 915 340 ədəd çoxdur.

Bu kredit kartları ilə aparılan əməliyyatların həcmi isə cari ilin birinci yarısında rekord həddə çatıb. Cari ilin yanvar-iyun aylarında kredit kartları ilə aparılan əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 25,1% və ya 0,99 milyard manat artaraq 4,94 milyard manata çatıb. Qeyd edək ki, ötən ilin birinci yarısında bu göstərici 3,95 milyard manata bərabər idi.

Əlavə olaraq qeyd edək ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə cari ilin birinci yarısında kredit kartları ilə aparılan əməliyyatların həcmi 4,9 dəfə (387,6%) və ya 3,93 milyard manat artıb.

2025-ci ildə kredit kartları ilə aparılan əməliyyatların 96,5%-ni (4,77 milyard manat) ölkədaxili, 3,5%-ni (172,5 milyon manat) isə ölkə xarici əməliyyatlar təşkil edir.

Kredit kartları ilə aparılan ölkədaxili əməliyyatların böyük hissəsini isə elektron ticarət üçün edilən ödənişlər tutur. Cari ilin ilk 6 ayında ölkə əhalisi kredit kartları vasitəsilə elektron ticarət üzrə 2,9 milyard manat həcmində alış-veriş edib ki, bu da kredit kartları ilə aparılan əməliyyatların 58,71%-ni təşkil edir.

POS-terminallar üzərində edilən ödənişlərin həcmi isə 1,09 milyard manat olub ki, bu da ümumi kredit kartlarından istifadə həcminin 22,08%-ni təşkil edir. Qeyd edək ki, POS-terminallar vasitəsilə ödənişlər ən çox market, restoran və alış-veriş mərkəzlərində aparılır. Həmçinin xidmət sektorunda da ödənişləri POS-terminallar vasitəsilə etmək mümkündür.

Qalan 0,95 milyard manat həcmində əməliyyatlar isə digər formalarda istifadə edilib. Digər kateqoriyası üzrə ən çox əməliyyatlar bankomatlar vasitəsilə aparılan əməliyyatlardır ki, bu da əsasən kredit kartlarındakı məbləğin nağdlaşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, digər kateqoriyası üzrə kredit kartlarından istifadə həcmi ümumi həcmin 19,22%-ni təşkil edir.

Hər iki ölkənin Mərkəzi Banklarının rəsmi internet ünvanlarından əldə olunan məlumatlara əsasən cari ilin 1 iyul tarixində Azərbaycanda aktiv kredit kartlarının sayı 2 118 498, Gürcüstanda isə 756 810 ədəd təşkil edib.

Bu kartlar ilə aparılan əməliyyatların həcmi isə Azərbaycanda 2,91 milyard dollar, Gürcüstanda isə 1,64 milyard dollar olub. Hər iki Cənubi Qafqaz ölkəsində əhalinin hər 5 nəfərinə 1 kredit kartı düşür. Adambaşına kredit kartlarından orta aylıq istifadə həcmi isə Azərbaycanda 47,3 dollar, Gürcüstanda isə 73,8 dollar təşkil edib.

Qeyd edək ki, digər Cənubi Qafqaz ölkəsi olan Ermənistanın rəsmi mənbələrində kredit kartları ilə bağlı məlumatlar yenilənməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri