“Kredit məbləği çox olanda onun faizi az olmalıdır”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
“Adətən kredit məbləği çox olanda onun faizi az olmalıdır. Lakin ölkəmizdə fəaliyyət göstərən banklarda məbləğ artıqca və müddət uzandıqca faiz də artır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
O, hətta bəzi hallarda istehlak kreditlərinin faiz dərəcələrinin 36 faizə çatdığını bildirib:
“Xarici ölkələrin bank sisteminin təhlilindən də Azərbaycandakı faiz dərəcələrinin yüksək olduğunu sübut etmək olar. Məsələn, Avropa Birliyi ölkələrində istehlak krediti orta hesabla 7 - 8 faizlə verilir. Almaniya, Lüksemburq, Finlandiya, Belçika və Fransada dərəcələr müddətindən asılı olaraq 2 - 7 faiz təşkil edir. ABŞ-da bu göstərici 5 faizdən çox deyil. Azərbaycanda bank kreditlərinin faiz dərəcələrinin yüksək olması barədə indiyə qədər ekspertlər tərəfindən yetərincə məlumat verilib.
Əslində yüksək faiz dərəcələri bankların müştərilərinin azalmasına təsir göstərən önəmli faktorlardan biri olduğu halda ölkədə 5 vətəndaşdan 4-nün banka borcu var”.
Röya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 07 Noyabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















