Icma.az
close
up
RU
Kreditdən vasitəsilə əldə olunan pul ilə investisiya etmək müxtəlif ölçüdə yeni risklər formalaşdırır

Kreditdən vasitəsilə əldə olunan pul ilə investisiya etmək müxtəlif ölçüdə yeni risklər formalaşdırır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Bu gün ABB İnvest şirkətinin fəaliyyətinə dair mətbuat konfransı keçirilib. Brifinqdə ABB İnvest şirkətinin İcraçı direktoru Nadir Babazadə, şirkətin "Biznesin inkişafı" departamentinin direktoru Elçin Məmmədov, Baş mühasib İlham Musayev və "İnvestisiya xidmətləri" departamnetinin direktoru Vüqar Tanrıverdiyev iştirak edib. Konfrans çərçivəsində ABB İnvest şirkətinin 2024-cü il nəticələri barədə məlumat verilib, eyni zamanda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Brifinqdə ABB İnvest şirkətinin İcraçı direktoru media nümayəndələrini salamladıqdan sonra bildirib ki, ABB İnvest şirkəti fəaliyyətinin 5-ci ilini qeyd edir.

“Bu illər ərzində 2024-cü ili bizim ən uğurlu ilimiz kimi qeyd olunur və 2024-cü ilin nəticələrinin üzərindən keçmək istəyirik”-deyə Nadir Babazadə bildirib.

Şirkətin "Biznesin inkişafı" departamentinin direktoru Elçin Məmmədov şirkətin 2024-cü il üzrə hesabatını mətbuat nümayəndələrinə təqdim edib.

Təqdimatın ardınca ABB İnvest şirkətinin İcraçı direktoru şirkət haqqında ümumi məlumat bölüşüb və media nümayəndələrinin suallarını cavablandırıb.

ABB İnvest şirkətinin icraçı direktoru investistiya mənbəyi ilə bağlı verilən sualı cavablandırarkən bildirib ki, kreditlə investisiya edilməsi ciddi risk daşıyır: “Azərbaycanda insvestisiya sahəsinə maraq yüksəkdir. Hamı investisiya etmək istəyir. Bizim mobil tətbiqdəki imkan minimum beş dollardan başlayır. Bu da o deməkdir ki, sizin beş dollarınız varsa siz investitsiya etməyə başlaya bilərsiniz. Beş dollardan başlayır, milyona qədər və daha yüksək məbləği əhatə edə bilər. Yəni hər investor vəsait mənbəsinə uyğun imkanları var. Mən əslində heç kikmə kredit əsasında investisiya etməyi tövsiyə etməzdim. Çünki bu, şəxsin öz pulu deyil. Burada risklər formalaşır. Yəni şəxs riskini iki qat artırmış olur”.

Nadir Babazadə vurğulayıb ki, mobil tətbiq üzrə olunan ticarət dövriyyəsi müştəri həcmi və ticarət həcmi demək olar ki, bizim proqnozlarımıza uyğun olaraq artan tempdə davam edir.

Ölkənin investisiya bazarında rəqiblərin yaranmasından sevinc hissi duyduğunu qeyd edən Nadir Babazadə, sektorun inkişafı üçün rəqabətin önəm daşıdığını bildirib: “Biz rəqiblərimizlə mübarizə aparmırıq. Əksinə, onlarla müxtəlif istiqamətlərdə tərəfdaşlıq edirik”.

İcraçı direktor sualları cavablandırarkən vurğulayıb ki, ABB İnvest şirkəti bazarı analiz edir və tətbiqi davamlı təkmilləşdirmə prosesinə xüsusi diqqət ayırır.

ABB İnvest şirkətinin icraçı direktoruna Bizimyol.info xəbər portalını nümayəndəsi tərəfindən "Texnologiya, nəqliyyat, səhiyyə sektorunda fəaliyyət göstərən şirkətlərin səhmlərinə şirkətin tətbiqində investistiya etmək mümkündür, bəs idman sahəsində fəaliyyət göstərən şirkətlərin səhmlərinə tətbiqdə yer veriləcəkmi?" sualı ünvanlanıb. Nadir Babazadə sualı cavablandırarkən vurğulayıb ki, hazırda sadəcə ABŞ səhm bazarında yerləşdirilmiş səhmlərə əlçatanlıq var.

“Şirkətimiz digər səhm bazarlarında araşdırmalar aparır. Türkiyə, Avropa, eləcə də Asiya bazarları da diqqət mərkəzimizdədir. Müxtəlif şirkətlərlə bu istiqamətdə görüşlər keçiririk və müzakirələrdə iştirak edirik. Sadəcə bu proses sadə deyil. Ölkə qanunvericiliyi, eyni zamanda ölkələrarası əlaqələr də burada xüsusi rol oynayır. Gələcəkdə digər ölkə və regionların səhm bazarlarının da cəlb olunması üçün bir sıra addımların atılması gündəmdədir”-deyə Nadir Babazadə əlavə edib.

Konfransın yekununda mətbuat nümayəndələrinə təşəkkür edən icraçı direktor, hesabat görüşlərinin davamlı olacağını bildirib.

Orxan, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 07 İyul 2025 21:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri