Icma.az
close
up
RU
Krediti olanlara müjdə: ödənişlər təxirə salına bilər KONKRET

Krediti olanlara müjdə: ödənişlər təxirə salına bilər KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

İqtisadi çətinliklərin artması kredit ödənişləri ilə bağlı problemləri daha da aktuallaşdırıb. Bu fonda bir sıra ölkələrdə tətbiq olunan “kredit tətili” mexanizmi yenidən diqqət mərkəzinə gəlib. Sözügedən sistem borcalanlara müəyyən müddət ərzində ödənişləri təxirə salaraq maliyyə vəziyyətlərini bərpa etmək imkanı yaradır.

“Kredit tətili” mexanizmi nədir? Bu, Azərbaycanda da tətbiq oluna bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, ölkəmizdə “kredit tətili” tətbiq oluna bilər, lakin bu, müəyyən qaydalar çərçivəsində həyata keçirilməlidir:

“Krediti təqdim edən tərəf bank olduğuna görə, kredit şərtlərinin dəyişdirilməsi və ya müəyyən müddət üçün güzəşt dövrünün verilməsi barədə qərarı da məhz bank qəbul edə bilər. Lakin dövlətin bütün banklar üçün ümumi “kredit tətili” tətbiq etməsi normal şəraitdə düzgün yanaşma hesab edilmir. Belə bir qərar yalnız fövqəladə vəziyyət, genişmiqyaslı iqtisadi böhran və ya digər xüsusi hallarda mümkündür. Bu kimi şəraitdə dövlət iqtisadiyyatın qorunması məqsədilə fövqəladə tədbirlər görə bilər. Ancaq adi hallarda hər hansı vətəndaş kredit ödənişində çətinlik yaşayırsa, ona “kredit tətili”nin verilməsi yalnız bankın fərdi qərarı əsasında həyata keçirilməlidir”.

İqtisadçı bildirib ki, burada məsələnin iki tərəfi var:

“Banklar kreditləri öz vəsaitləri hesabına vermirlər. Onlar əhalidən və digər mənbələrdən vəsait cəlb edir, sonra həmin vəsaitləri kredit şəklində müştərilərə təqdim edirlər. Yəni bank maliyyə vasitəçisi rolunu oynayır. Əgər bank verdiyi kreditlərin ödənişini tələb etməzsə, öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkə bilər. Bu isə maliyyə sistemində zəncirvari problemlərə şərait yaradacaq. Məhz buna görə də kütləvi “kredit tətili”nin tətbiqi iqtisadiyyat üçün ciddi risklər deməkdir. Belə bir addım bank sektorunun sabitliyinə mənfi təsir göstərə, kredit bazarında qeyri-müəyyənliyi artıra və maliyyə sistemində problemlər yarada bilər”.

Ekspertin sözlərinə görə, banklar fərdi yanaşma əsasında müştərilərinə müəyyən güzəştlər təqdim edə bilərlər:

“Məsələn, gəliri kəskin azalan, işini itirən, təbii fəlakət və ya digər gözlənilməz hadisələrlə üzləşən şəxslərə müvəqqəti “kredit tətili” verilə bilər. Eyni zamanda, uzun müddət öhdəliklərini vaxtında yerinə yetirmiş və müsbət kredit tarixçəsinə malik müştərilərə də müəyyən güzəştlərin tətbiqi mümkündür. Bu yanaşmanın üstünlüklərindən biri odur ki, müştəri ödəniş çətinliyi yaşadığı dövrdə kredit tarixçəsini korlamır. Bank da öz müştərisini itirmir və onun maliyyə vəziyyətinin bərpasını gözləyir. Bu baxımdan “kredit tətili”nin müəyyən sosial faydaları da mövcuddur. Lakin bu mexanizmin mənfi tərəfləri də nəzərə alınmalıdır. Kredit ödənişlərinin təxirə salınması bankın pul axınına təsir göstərir, faiz gəlirlərini azaldır, kredit portfelində riskləri artırır və risklərin idarə edilməsini çətinləşdirir. Hətta geniş miqyasda tətbiq olunduğu halda bəzi banklar üçün maliyyə problemləri yarada bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2026 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri