Icma.az
close
up
RU
Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Krediti olanların NƏZƏRİNƏ: Ödənişinizi vaxtından əvvəl etsəniz...

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda vətəndaşlar götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, onlardan tam faiz tələb olunur. Hərçənd, dünyanın müxtəlif ölkələrində erkən ödəniş zamanı faiz tutulmur.
Bəs Azərbaycan bu təcrübədən faydalana bilərmi?
Bizim.Media xəbər verir ki, bu barədə “konkret.az”a Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov açıqlama verib.
Onun sözlərinə görə, banklar kredit verərkən gəlir proqnozlaşdırdıqları üçün müştəri borcu vaxtından əvvəl ödəsə belə, faizlərin tam şəkildə ödənilməsini tələb edirlər:
“Bu, əksər hallarda kredit müqaviləsində öz əksini tapır. Amma ədalətsiz yanaşmadır. Hesab edirəm ki, Mərkəzi Bank sözügedən məsələyə xüsusi diqqət yetirməli, qanunvericilik tərəfdən isə millət vəkilləri bunu qabartmalıdır”.
Ekspert bildirib ki, dünya praktikasında belə bir tətbiq yoxdur:
“Avropa ölkələrində, məsələn Fransada, vaxtından əvvəl ödəniş edilirsə, yalnız həmin aylar üzrə faizlər hesablanır, maksimum 1-2 faiz əlavə vəsait tutulur. ABŞ-da isə fərqli praktika mövcuddur , müştəri vaxtından əvvəl ödədikdə əsas borcu və erkən ödəniş cəriməsini ödəyir. Bu cərimə təqribən 3-4 faiz təşkil edir. Rusiyada, Gürcüstanda və Türkiyədə də yalnız həmin ayadək hesablanan faizlər ödənilir, qalanları silinir”.
Asif İbrahimov qeyd edib ki, Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi mümkündür:
“Ən azından ABŞ praktikasını tətbiq etmək olar. Erkən ödəniş üçün müəyyən cərimə müəyyənləşdirilsin, amma müştəri tam faiz ödəmək məcburiyyətində qalmasın. Təəssüf ki, banklar proqnozlaşdırdıqları mənfəətdən kənara çıxmaq istəmədikləri üçün buna getmirlər”.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2025 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri